Məhkəmə qərarları › İş №3(001)-3564/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3564/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3564/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş MN ******* nömrəli nömrəli qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş MN ******* nömrəli qərardan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Belə ki, X2 ünvanladığı şikayətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı 30 avqust 2023-cü il tarixdə almasını qeyd etsə də, bununla bağlı şikayətinə heç bir rəsmi sənəd əlavə edilmədiyi üçün sonuncu tərəfindən sözügedən qərarın konkret olaraq nə vaxt alınmasını müəyyən etmək mümkün deyildir. İlk öncə qeyd edilməlidir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli qərar şikayət ərizəsində göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Bundan başqa həmin qərardan verilmiş şikayət ərizəsində şikayətin tərtib edilmə tarixi xx.xx.2023-cü il tarixdə tərtib edildiyi göstərilsə də həmin ərizə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada məhkəmənin dəftərxanasına təqdim edilmişdir. Yəni qeyd edilən şikayət ərizəsi qərar qəbul edildikdən 20 gün sonra məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, həmin müddətin üzrülü səbəbdən ötürülməsi ilə əlaqədar müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar