Məhkəmə qərarları › İş №3(001)-3565/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3565/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3565/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, AR DİN Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla razı olmadığını bildirmişdir. Məhkəmə iclasında şikayətçi X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın qanuniliyini mübahisələndirmir. Həqiqətən də tərtib edilmiş inzibati xəta törədilmiş, inzibati xəta haqqında protokol düzgün tərtib olunmuşdur. Həmin vaxt avtomobili o şəxsən özü idarə etmişdir. Məhkəməyə müraciətinin səbəbi ondan ibarətdir ki, o nəqliyyat vasitələrinin icarəsi ilə məşğuldur, bu sahibkarlıq fəaliyyəti ilə qazanc əldə edir. Nəqliyyat vasitələrini müvafiq yol vərəqəsi və müqavilə əsasında icarəyə verir. Lakin nəqliyyat vasitəsini icarəyə götürmüş şəxs yol hərəkəti qaydalarını pozduğu zaman xüsusi qurğular vasitəsi ilə aşkar edilmiş inzibati xətalarda qəbul olunan inzibati tənbeh vermə haqqında qərar onun barəsində qəbul edilir. Bununda nəticəsində onun sürücülük hüququnun məhdudlaşdırılması təhlükəsi mövcuddur. Məhkəmə tərəfindən ona nəqliyyat vasitəsinin onun istifadəsində olmadığı zaman tərtib edilmiş inzibati xəta haqqında protokolları X9 İdarəsinə müraciət etməklə nəqliyyat vasitəsini həmin an idarə etmiş şəxs barəsində tərtib olunmasının mümkünlüyü izah edildikdən sonra bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini bildirmişdir. AR DİN Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, məhkəməyə təqdim olunmuş video-diskdən də aydın şəkildə görünür ki, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmiş və həmin protokol əsasında da İXM-nin 327.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Bundan başqa bildirmişdir ki, xüsusi vasitələrlə aşkar olunan inzibati xətalar üzrə inzibati tənbeh tədbiri nəqliyyat vasitəsinin ən son etibar edildiyi şəxs barəsində tətbiq olunur. Şikayət vermiş şəxs nəqliyyat vasitəsini yol vərəqəsi əsasında icarəyə verir. Həmin yol vərəqəsi X7 elektron informasiya sistemlərində görünmədiyindən inzibati tənbeh tədbiri şikayət vermiş şəxs barəsində tətbiq edilir. Müvafiq yol vərəqəsini, müqaviləni və avtomobili həmin an idarə etmiş şəxsin sürücülük vəsiqəsini X8 müvafiq şöblərinə təqdim edərsə, nəqliyyat vasitəsini idarə etmədiyi zaman onun barəsində tətbiq edilmiş tənbeh tədbirləri ilə bağlı şikayəti öz həllini tapacaqdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan görünür ki, X4 İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, o idarə etdiyi VAZ 21214” minik markalı, **- KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Video-diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, “VAZ 21214” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş video-diskdə aydın şəkildə görünür ki, “VAZ 21214” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən İXM-in 327.4-cü maddəsinin tələbləri pozulmuş, sürücü 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. X4 izahatında həmin an nəqliyyat vasitəsi onun istifadəsində olduğunu bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın tam qanunidir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları qarşılıqlı şəkildə tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın qanuniliyini mübahisələndirəcək hər hansı bir hal aşkar olunmamışdır. Məhkəmə şikayət vermiş şəxsin izahatında qeyd etdiyi nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə münasibətdə qeyd edir ki, şikayət vermiş şəxs barəsində əsassız olaraq tərtib edildiyini iddia etdiyi, yəni nəqliyyat vasitəsini o idarə etmədiyi halda onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş qərarlardan məhkəməyə şikayət verərək həmin qərarları mübahisələndirə bilər və yaxud səlahiyyətli orqanın özünə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X6 оğlu Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.4-cü mаddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat inzibаti cərimə tətbiq еdilməsinə dаir xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin əməlin onun tərəfindən törədildiyini etiraf etdiyindən həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət rədd edilsin. X6 оğlu barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar