Məhkəmə qərarları › İş №3(001)-3574/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3574/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3574/2022 02.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, X1, İnzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X12i İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X12i İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət olunla əsaslandırılmışdır ki, onun barəsində guya Bakı şəhər DYPİ polis X3 tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki, heç bir protokol tərtib edilməmiş, ona protokol təqdim edilməmiş, onun tərəfindən həmin protokol imzalanmamış və iş materiallarına əlavə edilməmişdir. Əgər həmin protokol sonradan, yəni ona məlum olmayan vaxtda və şəraitdə belə tərtib edilibsə, həmin protokolla tanış olmamış və bıı səbəbdən də protokolun hansı əsasla tərtib edilməsi, necə əsaslandırılması ona məlum deyildir. Protokolun nömrəsi və tarixi barədə məlumatı Qərarı əldə etdikdən sonra almışdır. AR İXM-nin 327.4-cü maddəsinə görə. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1. 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz manat məbləğində cərimə edilir. Bununla belə, protokol tərtib edən yol polisi əməkdaşı tərəfindən protokolun tərtib edilmə qaydası da pozulmuşdur. Belə ki, protokolun guya xx.xx.2022-ci il tarixdə tərtib edilməsinə baxmayaraq. 13 gün müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında qərar qəbul edilmişdir. AR İXM-nin 101.1-ci maddəsinə görə. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Bundan əlavə, inzibati xətanın törədildi} i gündən bir gün müddətində inzibati xəta haqqında qərar da qəbul edilməli və barəsində inzibati tədbiri tətbiq olunan şəxsə göndərilməli idi. AR İXM-nin 38.6-cı maddəsinə görə Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh rernıə haqqında elektron qərar və onını əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir giin müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yeı ləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilınəz. AR İXM-nin 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5. 328. 329.1, 329.2, 339.1-1. 346.3, 346-1.1. 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. AR İXM-nin 125.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. AR İXM-nin 125.2-ci maddəsinə görə inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, ya.xııd istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: - 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş lizrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; - 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi ver və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş iizrə qərarın nömrəsi, həmin sənədlə ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; - 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Bundan əlavə, inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) qanunvericiliklə nəzərdə tutulmuş qaydada, inzibati xətanın törədildiyi gündən bir gün müddətində deyil, 13 gündən çox müddət keçdikdən sonra sms vasitəsi ilə ona məlumat verildiyindən, müddətin keçməsi əsası ilə inzibati məsuliyyətə cəlb oluna bilmərəm. Qərarı Bakı şəhər DYPİ-dən şəxsən yaxınlaşmaqla xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Bununla belə, mənə göndərilən elektron məlumatlardan görünür ki, protokolun yaranına tarixi xx.xx.2022-ci il və qərarın tarixi xx.xx.2022-ci il göstərilmişdir. Halbuki, qərarı kağız formatla əldə edərkən polis əməkdaşının ziddiyyətli olduğunu, yəni protokolun tarixi kimi xx.xx.2022-ci il tarixi göstərildiyi aşkar olunmuşdur. Buradan da açıq-aydın görünür ki, polis əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə heç bir protokol tərtib edilməmişdir. Əgər tərtib olunubsa belə, onun məlumatı olmadan sonradan arxa tarixlə tərtib edilmişdir. Göründüyü kimi, protokolun tərtib olunmasına heç bir əsas olmamış, tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Bununla da, hazırkı iş üzrə məsuliyyətə cəlbetmə müddəti də keçmişdir və bu əsasla da inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Tərəfindən heç bir inzibati xəta törədilməmiş, əgər törədilsəydi belə, AR İXM-nin 38.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli idi. X2 məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X12i İdarəsinin nümayəndəsi yazılı etirazında bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X6 idarə etdiyi “Mercedes Benz ML320 minik” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə 03 noyabr 2022-ci il tarixində saat 07:30-da Bakı şəhəri Binəqədi rayonu, Poladtökmə zavodunun qarşısında hərəkətdə olarkən əks istiqamətli yola çıxaraq hərəkətini davam etdirərək yol hərəkəti qaydasını pozaraq inzibati xəta törətmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 arqumentləri ondan ibarət olmuşdur ki, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol 13 gün müddət keçdikdən sonra tərtib edilmiş, həmçinin 1 gün müddətində elektron kabinetə yerləşdirilməli idi, barəsində protokolun tərtib olunmasına heç bir əsas olmamış tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Cəlb etmə müddəti də keçmişdir və bu əsasla da inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayət əsassız olduğundan təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2022-ci il tarixli tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Barəsində qərar çxıanlmış fiziki şəxs X5 qayda pozuntusu DİN “Təhlükəsiz şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv video görüntülərinə baxış keçirilərkən Bakı şəhəri Baş Polis İdarəsinin X12 idarəsinin yol hərəkətinə nəzarət şöbəsinin operatoru polis serjantı Aslan Dadaşov tərəfindən bilavasitə vizual şəkildə həmin gün bir çox sürücülər tərəfindən yol hərəkəti qayda pozuntusunun törədilməsini aşkar etmişdir. Bu barədə tabeçilik qaydasında xx.xx.2022-ci il tarixli raportla rəisi vasitəsi ilə İdarə rəisinə müraciət etmiş və bu barədə məlumat verərək həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, DİN “Təhlükəsiz şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv video görüntülərinə baxış keçirilərkən raporta əlavə edilmiş siyahıda qeyd olunan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən “Yol hərəkəti haqqında”Qanunun tələblərinin pozulması aşkar edilmişdir. Qanunla nəzərdə tutulmuş müddət keçdiyi üçün nəqliyyat vasitələrininistifadəçiləri barəsində özərinin iştirakı olmadan real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılaraq DİN BDYOİ-nin MİS-ə göndəriməsi təmin edilməmişdir. Yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitələrinin istifadəçilərinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılmasına göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhər BPİ DYPİ YHNŞ-nın inspektoru Xəlil Cəfərov tərəfindən qəbul edilmiş 046-46317 nömrəli qərardaddan görünür ki, “Mercedes” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 barəsində inzibati araşdırma başlanılmışdır. İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X6 idarə etdiyi Mercedes Benz ML320 minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 327.4-cü maddəsinin tələblərini pozmuşdur. TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X6 xx.xx.2022-ci il saat 07:30-da Mercedes Benz ML320 minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə nəticəsində AR İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat mələğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilən zaman həmin diskdəki video görüntüdən xx.xx.2022-ci il saat 07:30-da Mercedes Benz ML320 minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilərkən nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X12i İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraata başlanılmaması və başlanmış icraata xitam verilməsinin əsaslarını müəyyən edir. Belə ki, 53.1.1-ci maddəyə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqa inzibati xətalar haqqında işlər müzrə icraata başlanıla bilməz və başlanılmış icraata xitam verilməlidir. İXM-nin 122.1ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə qeyd edir ki, hazırki şikayət araşdırılarən X6 tərəfindən törədilmiş inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmədiyi müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd edilən normanın tələbindən göründüyü kimi İXM-nin 327.1 - 327.5-ci maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Lakin məhkəmə qeyd edir ki, DİN “Təhlükəsiz şəhər” kameraları qanunla nəzərdə tutulmuş qaydada texniki vasitə hesab edilmədiyindən həmin kameralar vasitəsi ilə qeydə alınmış inzibati xətalara dair real vaxt rejimində qərar qəbul edilməsini nəzərdə tutan imperativ norma mpvcud deyildir. Belə ki, Yol hərəkəti haqqında Qanunun 2-1-ci bəndinə görə yol hərəkətinin təşkilinin texniki vasitələri - yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s). Qanunvericiliyin tələbindən göründüyü kimi təhlükəsiz şəhər kameraları texniki vasitə hesab edilmir və belə olan halda həmin kameralarla qeydə alınmış inzibati xəta pozuntusuna görə real vaxt rejimində qərarın qəbul edilməsi də məcburi xarakter daşımamaqla İXM-nin 53.1.1-ci maddəsinin tərkibini yaratmır. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi X6 tərəfindən inzibati xəta hadisəsi törədilmiş və əsaslı olaraq barəsində inzibati xəta haqqıda qərar qəbul edilmişdir. İnzibati xəta hadisəsinin mövcudluğu məhkəmə araşdırması zamanı iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X12i İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar