Məhkəmə qərarları › İş №3(001)-358/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-358/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-358/2021 03.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzi 28 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Sözügedən protokol onunla əsaslandırılmışdır ki, sürücü Şəxs saxlanılmış, yoxlama zamanı müəyyən edilmişdir ki, sürücü nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan sərxoş halda idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ifadəsində göstərmişdir ki, “VAZ-2112” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili özünə məxsus olmaqla idarə edir. xx.xx.2020-ci ildə saat 09:17 radələrində Bakı şəhəri, Baksoll yolunda hərəkət edərkən Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları onu saxlamışdır. O, içkili olmadığını bildirmişdir. DYP əməkdaşları onu aldadaraq az miqdarda içki qəbul etdiyini izahatına yazdırmışlar və ona narahat olmamasını işə xitam veriləcəyini bildirmişlər. O, da dövlət işçisi olduqları üçün Polis əməkdaşlarına inanmış və az miqdar içki qəbul etdiyini yazmışdır. Sonradan bilmişdir ki, barəsində İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol qanunsuzdur. Belə ki, o, həmin protokol tərtib edildikdən 2 saat sonra şəxsiyyət vəsiqəsini götürərək sərxoşluq vəziyyətinin tibbi müayinəsinə getmiş və 2/20939 saylı, xx.xx.2020-ci il tarixli aktla sərxoş olmaması müəyyən edilmişdir. Həmçinin Binəqədi rayon DYP şöbəsi tərəfindən verilmiş alkotester qəbzində tarix və vaxt qoyulmamışdır. Bu da onun göstərir ki, xx.xx.2020-ci ildə sərxoş olmamış, onu tibbi müayinə etməyiblər, hətta alkotesterden keçirtməyiblər, heç bir yerdə imzası yoxdur, heç nə göstərməyiblər, tək yazdığı izahatla protokol tərtib ediblər. Eyni zamanda sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında izahat yazdığı protokolada nömrə qoyulmamışdır. Onu tibbi mayinədən keçirməmək, alkotester vasitəsi ilə müayinə etməmək və onun göstəricisi ilə tanış etməmək, hal şahidlərinin iştirakı olmadan bütün bu prosesləri aparmaq qanunsuzdur. O, avtomobili idarə edərkən təhlükəsizlik kəmərinidə bağlamışdır. Həmin gün sərxoş olmayaraq Binəqədi Rayon Polis İdarəsinin onun barəsində qanunsuz protokol tərtib edilməsi yolverilməzdir. Barəsində tərtib edilmiş protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, xx.xx.2020-ci ildə saat 09:17 radələrində Bakı şəhəri, Baksoll yolunda sürücü Şəxs saxlanılmış, yoxlama zamanı müəyyən edilmişdir ki, sürücü nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan sərxoş halda idarə etmişdir. Bu hal onun öz izahatı ilə də təsdiq olunur. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/20939 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə sərxoş olmaması müəyyən edilmişdir. İş materiallarında olan Binəqədi rayon DYP şöbəsi tərəfindən verilmiş 000867 nömrəli qəbzdən görünür ki, həmin qəbzə tarix və vaxt qoyulmamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında protokoldan görünür ki, həmin protokola Şəxs tərəfindən izahat yazılsa da protokola nömrə qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamsı halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsin əsasən şəxsi axtarış, əşyaların yoxlanmas, nəqliyyat vasitələrinə baxış, əşyaları və sənədləri götürmə, eləcədə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərin iştirakı məcburidir. Hesab edirəm ki, hazırkı məqamda Şəxs xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi qənaətinə gəlinməsi üçün kifayət qədər əsas yoxdur. Belə ki, Binəqədi rayon DYP əməkdaşı tərəfindən aparılmış alkotesterdə müayinənin vaxtı və tarixi qeyd olunmamış, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında protokolda protokolun nömrəsi qeyd olunmamışdır, sərxoşluq vəziyyəti müayinə olunarkən hal şahidlərinin iştirakı təmin olunmamışdır. Hesab edirəm ki, Şəxs barəsində qəbul edimiş protokol üzrə işin bütün faktiki halları araşdırılmadan qəbul edildiyi, üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olub-olmamasını təsdiq etmək üçün texniki vasitələrə baxış keçirilməsi üçün həmin hissədə iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs barəsində xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissəsində araşdırmanın aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar