Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3581/2021 29.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X2 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X2 Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs Bank Olmayan Kredit X2 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə AP № ******* saylı, 25.09.2021-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati protokol tərtib etmiş inzibati orqanın etibarnamə üzrə nümayəndəsi X5 protokolda göstərilənləri nəzərə alaraq Şəxs Bank Olmayan Kredit X2 Cəmiyyəti barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X2 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 vəsatətlə məhkəməyə müraciət edərək Şəxs Bank Olmayan Kredit X2 Cəmiyyətinin hüquqi ünvanı ünvan 1 baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati protokol tərtib etmiş orqanın və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin etibarnamə üzrə nümayəndələrinin çıxışlarını dinləyib və iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, MMC barəsində tərtib edilmiş protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən məlum olur ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 25 ünvanıdır, Şəxs MMC həmin ünvanda yerləşir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə aparıla bilər. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən baxılması onun səlahiyyətinə aid olmadıqda inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad qəbul edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanı Xətai rayonun inzibati ərazisində yerləşdiyindən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etibarnamə üzrə nümayəndəsi inzibati işin MMC-nin yerləşdiyi ünvan üzrə göndərilməsi barədə məhkəməyə vəsatət verdiyindən, həmin vəsatət təmin edilməli və MMC barəsində tərtib edilmiş protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 110, 112.4 və 114-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X2 Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3581/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3581/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver