Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3587/2022 21.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərardadla Binəqədi Rayon Məhkəməsinə göndərilmşdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə X1 əl çantasından 484 manat pul götürməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət daxil olmuşdur. Şübhəli bilinən Şəxs saxlanılaraq PB-nə gətirilmişdir. Bölmədə izahatı alınarkən özünün təqsirli bilməmiş və pulu götürmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o Uber taksi şirkətində menecer kimi fəaliyyət göstərir və xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən işlədiyi Uber şirkətinin ofisində olarkən Şəxs ofisə gələrək Toyoto Carollo markalı nəqliyyat vasitəsini icarəyə götürdüyü üçün ona etibarnmə yazmasını istəmişdir və ofisdən onunla birlikdə çıxdığını evə gələrkən çantasında olan 484 manat pulun olmadığını müəyyən etmişdir. Whatsapp vasitəsi ilə Orxan Hüseynova zəng edərək pulu qaytarmasını tələb etmiş, sonuncu ilk əvvəl inkar etsə də daha sonra əməlini etiraf etdiyini və ondan borc kimi pul götürmüş kimi qəbul etməsini qısa müddətdə borcu qaytaracağını qeyd etmişdir. Həmçinin o qeyd etmişdir ki, sürücülər həftəyə icarəyə götürdükləri nəqliyyat vasitəsinə görə şirkətə 300 manat ödəniş etməlidirlər. 2 həftə nəqliyyat vasitəsinin sürücüdə qaldığını lakinonun 600 manat pulu şirkətə gətirmədiyini, dəfələrlə nəqliyyat vasitəsini geri tələb etsə də Orxanın geri qaytarmadığını və nəhayət GPS vasitəsilə nəqliyyat vasitəsinin yerini müəyyən etdiklərini qeyd etmişdir. O ifadəsində göstərmişdr ki, nəqliyyat vasitəsi Qızıldaş qəsəbəsində yolun kənarında nasaz vəziyyətdə tapılmışdır. Ona vurulmuş zərərin bugünədək ödənilmədiyini bildirərək Orxan Hüseynovdan şikayəti olduğunu və onun barəsində sərt inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, o evlidir və bugünkü tarixdə 5 ildən sonra çətinliklə ilk uşağı dünyaya gəlmişdir. Atasını uşaqkən itirdiyini və ailənin yeganə gəlir gətirəni olduğunu, heç vaxt harama əl uzatmadığını bildirmişdir. Ona istinad edilən inzibati xəta hadisəsini törətmədiyini bildirərək xx.xx.2022-ci il tarixdə Uber şirkıətinin ofisində olduğunu, ofisdə təmir işləri görüldüyünü, hətta orada olarkən təmirə kömək etdiyini, ofisdə oturmağa yer olmadığını, ofisin yeni təmir prosesində olduğundan şəraitsiz vəziyyətdə olduğunu, orada çanta görmədiyini və heç kimin pulunu götürmədiyini qeyd etmişdir. İcarəyə götrdüyü nəqliyyat vasitəsinin nasaz olduğunu və bu səbəbdən Qızıldaşda yol kənarında saxladığını və bu barədə polis əməkdaşlarına məlumat verdiyini qeyd etmişdir. 2 həftəlik icarə haqqı olan 600 manatı ödəmək öhdəliyim vardır. Bu halı qəbul etdiyini lakin maddi imkanı olmadığından öhdəliyini icra edə bilmədiyini qeyd etmişdir. Lakin oğurluq etmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin özünün təqsirli bilmədiyini, iş materiallarında heç bir sübut olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyevin xx.xx.2022-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutulma haqqında AZA 016707 nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11.30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan izahatdan görünür ki, X4 şikayət üzrə özünün təqsirli bilmir və məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında X4 özünə məxsus mobil telefonu təqdim edilərək ona Gülnarə Məmmədovaya məxsus mobil nömrədən gələn sms mətnləri göstərmişdir. Həmin smsj mətnlərindən görünür ki, Gülnarə Məmmədova ona xx.xx.2022-ci il tarixdə sms göndərək “Artıq bezdim, daha zəhmət olmasa maşını gətir. Yoxsa söndürəcəm. Polisə verirəm. Sən indi baxarsan demək məni dolamısan” məzmunlu, xx.xx.2022-ci il tarixdə “Orxan belə oldu həə.Məndən incimə sonra.Maşını oğurlamısan bu barədə məlumat verim polisə.Maşının yanındayam açar hanı.Məcbur qalıb qapını qırım” məzmunlu, xx.xx.2022-ci il tarixdə isə “Sən məni fırladın hə? Yolun qırağında maşın saxlıyarlar?Hardadı açar. Allaha and ola sənin başına oyun açacam” məzmunlu, xx.xx.2022-ci il tarixdə “Orxan gedirəm qayıya axtarışa verəcəm səni balam canı yodayam” məzmunlu, xx.xx.2022-ci il tarixdə isə “Mən getdim açar ustası götürdüm açacam qapını amma o pul ki var neçə vaxt vermədin əzizinin yasına qismət olsun, kəfəninə qismət olsun, bundan sonra çaşarsan maşın üçün məni yığarsan” məzmunlu yazılar yazmışdır. Məhkəmə yuxarıda qeyd edilən sms mətnləri sübut növü kimi qəbul edərək hesab edir ki, həmin yazışmalarda Orxan Hüseynovdan maşını qaytarması və neçə vaxt vermədiyi pulu qaytarması tələb edilmişdir. Sözü gedən sms mətnlərin məzmunundan X5 Məmmədovaya məxsus 484 manat pulu sonuncunun çantasından götürməsi müəyyən edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, Orxan Hüseynov barəsində tərtib edilmiş yuxarıda qeyd edilən protokolda göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarıa əlavə edilmiş protokolda törədildiyi iddia edilən inzibati xəta qeyd edilsə də, zərərçəkmiş şəxsin ifadəsindən başqa inzibati xətanın həqiqətən də mövcudluğunu təqsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Orxan Hüseynovun həmin inzibati xətaları törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, tərəflərin məhkəməyə verdiyi izahatları, məhkəməyədək verdiyi yazılı izahatı ilə sübuta yetirilmir. Məhkəmə hesab edir ki, X4 tərəfindən ona istinad edilən əməin törədilməsi sübut edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. X4 tərəfindən inzibati xəta hadisəsinin törədilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 06 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 36 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-53, 61, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Müdafiəçi Vəkil məhkəmə baxışı zamanı 06 saat əmək haqqının məbləği 36 (otuz altı) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod-200156, VÖEN-**********, m/h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB********************, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3587/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3587/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver