Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3590/2020 09.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair materiala baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına və inzibati xəta haqqında protokola əsasən məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu 28 May qəsəbəsində yaşadığı evin qarşısında onun oğluna irad tutduğuna görə qonşusu X3 döymüşdür.Bu əməli ilə o, İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Binəqədi rayonu 28 May qəsəbəsində yaşadığı evin qarşısında onun oğluna səbəbsiz yerə irad tutduğuna görə X3 döymüşdür. Bu fakt Şəxs izahatı ilə də təsdiq edilir.Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs İXM-nin 157-cimaddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hazırda o, protokolu müdafiə edir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə cəzalanmasına dair müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Binəqədi Rayon Prokurorluğunun nümayəndəsinə işə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilmiş ancaq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və üzrlü səbəb bildirməmişdir.Buna görə də, məhkəmə prokurorluğun nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olduğunu bildirdi və hal-hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X4 bildirdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs şikayətçi deyildir.Belə ki, onlar qonşudurlar, təqsirləndirilən şəxs ondan üzr istəmişdir, buna görə də, hal-hazırda onlar barışmışdırlar, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir.Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqında protokol tərtib edən polis əməkdaşını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirərək hesab edir kİ. İnzibati xəta haqqıda iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs X4 ilə barəsində inzibati icraat aparılan şəxs Şəxs barışdığından, zərərçəkmiş şəxsin şikayəti olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.0.9, 157-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3590/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3590/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver