Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3591/2020 16.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs “xxxxxxxxxx” MMC-nin hüquqşünası və direktoru vəzifəsini müvəqqəti icra edən X2 iştirakı ilə, X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və tərəfindən əsassız olaraq ödənilmiş 2000 manat pulun qaytarılması barədə vermiş olduğu şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. X4 şikayəti onunla əsaslandırmışdır ki, o, “xxxxxxxxxx” MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 09:00-da Bakı şəhəri Xətai rayonu 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə dəvət edilmişdir. Şöbədə olan zaman ona bildirmişlər ki, guya “xxxxxxx” MMC-nin tərkibindəki maqazaların fəaliyyət göstərməsinə şərait yaratmışdır. Halbuki, onun vəzifə səlahiyyəti kommunal məsələlərində yaranmış problemlərin həll olunması və mühafizəyə nəzarətdən ibarət olmuşdur. Həmçinin, ticarət mərkəzinin bütün giriş qapıları tərəflərindən bağlanmış və ticarət mərkəzi faktiki olaraq fəaliyyət göstərməmişdir. Bütün bunlara baxmayaraq, şöbədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 manat cərimə edilmişdir. Həmçinin şöbə rəsinin göstərişinə əsasən plan dolması üçün dərhal qanunsuz olaraq tərtib olunmuş protokola əsasən pulu ödəməsi tələb olunmuşdur. Qanunsuz və əsassız olan həmin cərimənin 1500 manatını dərhal, qalan hissəsini isə 2500 manat bölmədən buraxıldıqdan sonra şirkətin hesabında olan puldan ödəyəcəyini bildirmişdir. Həmin günü, yəni xx xxxxxxxx 2020-ci il tarixdə 23:00-da tutularaq Bakı şəhəri Xətai rayonu 37-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Həmin şöbənin rəisi ona hədə-qorxu gəlmişdir. Bir müddətdən sonra, növbə rəisi protokol tərtib edərək üstünə baxış keçirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə məcbur olaraq 240 manat pul gətirtmiş və həmin şöbənin əməkdaşlarının iştirakları ilə 2000 manat cəriməni marketdə yerləşən aparatda ödəmişdir. Həmin günü təsisçinin israrları və dövlət orqanlarına şikayət edəcəyini bildirdikdən sonra saat 21:00-da bölmədən buraxılmışdır. Daha sonra Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarından tutma protokolu ilə onu tanış etmələrini və tutma qərarının bir nüsxəsinin ona verilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixli, MN №0658919 saylı protokola əsasən guya o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verərək inzibati xəta törətmişdir. Bu protokol əsasında MN № ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 4000 manat məbləğində cərimə olunmuşdur. Halbuki, o, qeyd olunan qaydaları pozacaq heç bir qeyriqanuni hərəkət etməmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 7/20 nömrəli Əmrdən görünür ki, “xxxxxxxxxx” MMC-nin hüquqşünası vəzifəsində çalışan X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cəmiyyətin direktoru vəzifəsini müvəqqəti icra etməsi həvalə edilmişdir. xx.xx.2018-ci il tarixli, 001 nömrəli müqavilədən görünür ki, “xxxxxxxxxx” MMC ilə “xxxxxxx. Holding” MMC arasında xx xxxxxx 2018-ci il tarixdə xidməti müqavilə bağlanmış və müqavilənin predmetinə görə sifarişçi “xxxxxxx. Holding” MMC-nin balansında olan “xxxxxxx.” Ticarət Mərkəzinin binasının idarə olunması, yəni kommunal xidmətlərin göstərilməsi, mühafizə və təhlükəsizliyin təşkil olunması və bunun müqabilində mülkiyyətçilərdən kommunal xidmətlərə, təsərrüfat xidmətlərinə və digər firma xidmətlərinə görə vəsaitlər toplanması və aidiyyəti üzrə xərclənməsinin təşkil olunması icraçı “xxxxxxxxxx” MMC-nə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində X1 rayonunda yerləşən “xxxxxxx.” Ticarət Mərkəzində bir neçə sahibkarlara fəaliyyətinə şərait yaradaraq karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti məhkəmə iclasında toplanmış sübutlarla birlikdə əhatəli şəkildə araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən X2 xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində Xətai rayonunda yerləşən “xxxxxxx.” Ticarət Mərkəzində bir neçə sahibkarın fəaliyyətinə şərait yaradaraq karantin rejimi qaydalarını pozması əsas götürülərək vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qeyd olunan xüsusatla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən düzgün araşdırma aparılmamışdır. Çünki sözügedən inzibati xəta “xxxxxxx.” Ticarət Mərkəzində olsa da, X2 həmin ticarət mərkəzində hər hansı sahibkarın fəaliyyətinə şərait yaratmaq və ya bu cur başqa hərəkət etmək kimi səlahiyyəti olmamışdır. Qeyd edilməlidir ki, “xxxxxxxxxx” MMC ilə “xxxxxxx. Holding” MMC arasında xx xxxxxx 2018-ci il tarixdə xidməti müqavilə bağlanmış və həmin müqaviləyə görə “xxxxxxxxxx” MMC-nə “xxxxxxx. Holding” MMC-nin balansında olan “xxxxxxx.” Ticarət Mərkəzinin binasına müəyyən xidmətlərin göstərilməsi həvalə edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən düzgün araşdırma aparılmayaraq X4 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd edilənlər onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3591/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3591/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver