Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3594/2023 27.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X9 katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X2, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polisi İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polisi İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X8 şikayətini onunla əsaslandırmışdır ki, elektron hökumət portalında özünə aid məlumatlara baxarkən xx.xx.2021-ci il tarixli ******* nömrəli protokolla İXM-in 211.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə olunduğunu aşkarlamışdır. Xüsusi olaraq qeyd edir ki, göstərilən tarixdə cərimə olunmağından məlumatı olmayıb, protokollar ona təqdim edilməyib, bu barədə hər hansı bir sənədə imza atmamışdır. Bu səbəbdən, hansı Polis şöbəsi tərəfindən barəsində inzibati protokol tərtib edildiyini bilməmiş, daha sonra araşdırmaları nəticəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən cərimə olunduğunu bilmişdir. Belə ki, qeyd olunan protokolu və qərarı polis bölməsindən xx.xx.2023-cü il tarixdə götürmüşdür, o vaxta qədər həmin inzibati tənbeh vermə haqqında qərar rəsmi şəkildə təqdim olunmamışdır. Cərimə ilə əlaqədar isə bildirir ki, danılmaz faktdır ki, sərt karantin dövrlərində tibbi maskadan istifadə etdikləri halda da cərimələr yazılırdı. Amma belə bir halın onunla bağlı baş verməsi və buna görə cərimə olunmağı yadına gəlmir, protokol ona təqdim olunmamışdır. Məlumat üçün bildirir ki, o, epilepsiya xəstəsidir və bu xəstəliyi ilə əlaqədar 3-cü qrup əlildir. Epilepsiya xəstələrinin tibbi maskadan istifadə etmələri məcburi olmadığı halda, həmişə vətəndaş olaraq cəmiyyət qarşısında məsuliyyətini dərk etmiş, öz və ailə sağlamlığı, eləcə də ətrafdakı insanları yoluxdurmamaq üçün, həmçinin xəstəliyi ilə əlaqədar maska taxmışdır. Qərarın ona təqdim olunduğu gündən sonra dərhal Binəqədi rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti əsasında Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(001)-3018/2023 nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada nə vaxt almasını göstərməmiş və iş materiallarına mübahisələndirilən qərarı nə vaxt almasını təsdiq edən sənəd əlavə etməmişdir. Bu səbəbdən, şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Qərardadla razılaşmadığı üçün, yəni şikayət v erilməsi üçün müəyyən edilmiş müddəti ötürmədiyi halda, belə bir əsasla ərizəsinin geri qaytarılması mövqeyi ilə razılaşmadığı üçün tərəfindən apellyasiya şikayəti verilmiş, şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 3(103)-1689/2023 nömrəli qərardadı ilə təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-3018/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərardadla elektron kabinetdə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində İXM-in 211.3-cü maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X5 şikayətin dəlillərinə münasibət bildirərək, qərarın qəbul edilməsinin üzərindən uzun müddət keçdiyindən, inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş halı xatırlamır, şikayətin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polisi İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən İXM-in 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. 112602 nömrəli vəsiqənin surətindən görünür ki, X6 ümumi xəstəlik səbəbi ilə 3-cü qrup əlillik dərəcəsi verilmişdir. xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, X4 haupleks parsial qıcolma tutmaları ilə müşahidə olunan epilepsiya xəstəliyi diaqnozu qoyulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polisi İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol ilə X8 tərəfindən İXM-in 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X8 İXM-in 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. X3 İXM-in təqsirli bilindiyi maddənin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati məsuliyyətin yaranması üçün şəxsin daha əvvəl İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi səbəbindən inzibati tənbeh alması və həmin qərarın qanuni qüvvvəyə minməsi zəruridir. Buna baxmayaraq, iş materiallarına şəxsin barəsində daha öncə İXM-in 211.2-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi sübuta yetirilməmiş, eyni zamanda həmin inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə minib-minməməsini müəyyən etmək mümkün olmamışdır. İXM-in 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməli, Daxili İşlər Nazirliyi Binqədi Rayon Polisi İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polisi İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X8 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3594/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3594/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver