Məhkəmə qərarları › İş №3(001)-3595/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3595/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3595/2023 15.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi ilə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən daxil olmuş "xxxx" MMC-nin rəhbəri vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və protokola əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: "xxxx" MMC-nin rəhbəri vəzifəli şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Binəqədi Rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbəri vəzifəli şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6570/2022 saylı icra vərəqəsi ilə "xxxx" MMC-dən 7788 (yeddi min yeddi yüz səksən səkkiz) manat əsas, 150 (bir yüz əlli) manat cərimə, 50 (əlli) manat mediasiya xərci və 300 (üç yüz) manat hüquqi yardım olmaqla, cəmi 8288 (səkkiz min iki yüz səksən səkkiz) manat məbləğində pul iş üzrə iddiaçı olan "xxxx" MMC-nin xeyrinə tutulmaı qət edilmiş və sözü gedən iş üzrə icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə daxil olmuşdur. Həmin tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Həmçinin qeyd edilən icra sənədinin icrası ilə əlaqədar iş üzrə borclu "xxxx" MMC-nin rəhbəri vəzifəli şəxs Şəxs xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən izahatı alınıb materiala əlavə edilmiş və borc məbləği ödənilməəsi əsası ilə (məcburi icra tədbiri qismində) xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru "xxxx" MMC-nin rəhbəri vəzifəli şəxs Şəxs barəsində məcburi icra tədbiri qismində inzibati xəta haqqında protokol tərtib etməzdən öncə, borclunun əmlakın olub olmamasını, bank hesablarında vəasitlərin olub olmamasını müəyyən etməli, olduğu halda borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq və ya hesablarında olan vəsaitə yönəltmək yolu ilə məhkəmə qərarının icrasına nail olmalıdır. Yəni icra məmuru borclunun əmlakı, gəliri və sair gəliri barədə sorğular göndərib cavab almadan, bir başa məcburi icra tədbirlərinin sonuncu tədbiri kimi inzibati xəta haqqında protokol tərtib edə bilməz. Hazırki işdən isə görünür ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitinin və sair gəlirinin və ya əmlakının olması barədə məsələ icra məmuru tərəfindən araşdırılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki borclunun "xxxx" QASC-nin “Mərdəkan” filialında, "xxxx" ASC-də bank hesabları mövcuddur. Lakin həmin bank hesablarında hər hansı vəsaitin olub-olmaması barədə iş materiallarına hər hansı rəsmi təsdiq edici sənəd əlavə edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqi şəxsin fəaliyyətini müvəqqəti dayandırması icra məmuru tərəfindən onun bank hesablarında vəsaitlərin olub-olmamasını yoxlanılmasını istisina etmir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43 maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır; 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Göründüyü kimi icra məmuru məcburi icra tədbirlərini həyata keçirərkən yuxarıda qeyd edilən tədbirləri həyata keçirdikdən sonra inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda, buna əməl etməmişdir. Bu hal isə özü özlüyündə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Ona görə də qeyd edilən hallar hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, "xxxx" MMC-nin rəhbəri vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsinə dair məhkəməyə təqdim olunmuş inzibati xətaya dair iş natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından icra tədbirləri qanunvericiliyə uyğun olaraq davam etdirilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" MMC-nin rəhbəri vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar