Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3602/2020 15.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Zərdab rayonu Çallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, subay, Zərdab rayonu Çallı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-284/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X5 məxsus olan 1230 manat dəyərində 585 əyyarlı 20.5 qram çəkidə boyunbağı və qolbaq dəsti, 320 manat dəyərində 750 əyyarlı 16 qram çəkidə briliant qaşlı üzük və sırğa dəsti və ya onların dəyəri, yəni 3000 manat məbləğində pul və iddiaçıya cehiz olaraq soyuducu almaq üçün cavabdehə verilmiş 1000 manat məbləğində pul Şəxs alınaraq X5 verilməsi qət edilmişdir. Borclu hal-hazırki tarixədək borcundan 240 manat ödəniş etmiş 3760 manat borcunu ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən icra məmuru X1 Elçin Xaləddin oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiyası şöbəsinin icra məmuru X7 məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə borcundan 200 manat miqdarında ödəniş edərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, 2-ci qrup əlildir, 130 manat sosial müvinət alır, borcun qalan hissəsini birdəfəlik ödəmək imkanı yoxdur, hər ay borcundan hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil borclu Şəxs tərəfindən tələbkara borcundan müəyyən qədər ödənişlər etdiyini, eləcə də, məhkəmə iclas zalında 200 manat ödəniş etdiyini bildirərək onun barəsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-284/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, X5 məxsus olan 1230 manat dəyərində 585 əyyarlı 20.5 qram çəkidə boyunbağı və qolbaq dəsti, 320 manat dəyərində 750 əyyarlı 16 qram çəkidə briliant qaşlı üzük və sırğa dəsti və ya onların dəyəri, yəni 3000 manat məbləğində pul və iddiaçıya cehiz olaraq soyuducu almaq üçün cavabdehə verilmiş 1000 manat məbləğində pul Şəxs alınaraq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan X2 nümayəndəsi X3 tərəfindən yazılan ərizədən görünür ki, icra sənədi üzrə borclu Şəxs tərəfindən bu vaxta qədər hər ay 20 manat olmaqla cəmi 260 manat məbləğində ödəniş etmişdir. Ödəməli olduğu məbləğ isə 1000 manat məbləğində pul vəsaiti və 3000 manat dəyərində qızıl-zinət əşyalarıdır. Borcun bu qaydada ödənilməsi onları qane etmir. Məhkəmə qətnaməsinə əsasən borc tam ödənilməlidir. Lakin Şəxs müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən, məhkəmə qətnaməsini icra etməkdən qərəzli şəkildə yayınır. Borclu ilə barışmaq niyyətində olmadıqlarını bildirmişdir. İş materialarında olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ə.Hüseynov tərəfindən tərtib edilən aktdan görünür ki, Şəxs tərəfindən tələbkara verilməsi üçün Zərdab Rayon Məhkəməsinin 2(035)-284/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 200 manat ödəniş edilmiş və məbləğ tələbkara verilməsi üçün onun tərəfindən qəbul edilmişdir. Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi Əliyev Azad Böyükağa oğlu xx.xx.2018-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş arayışdan görünür ki, Şəxs həqiqətən Binəqədi rayonu, Goradil qəsəbəsində bağ evində yaşayır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələb icra edilməyəcəyi təqdirdə barəsində qanunda nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən X2 hesabına ödənişlər olunmuşdur. Məhkəmə borclu Şəxs borcundan ödənişlər etməsini, özünün 2-ci qrup əlili olmasını, heç yerdə işləməyərək qazanc əldə etməməsini, borcunu ödəmək niyyətinin olmasını və buna sübut olaraq borcundan 200 manat miqdarında məhkəmə prosesində ödəniş etməsini nəzərə alaraq hesab edir ki, hazırkı məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN №0390347 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-3602/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3602/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver