Məhkəmə qərarları › İş №3(001)-3603/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3603/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3603/2022 23.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin polis sahə rəisi, polis mayoru X4, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ermənistan SSR, Krasnoselo rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" QSC-də motorçu vəzifəsində işləyən, Göygöl rayonu, Çaykənd ərazi dairəsi, Çaykənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə rəisi, polis mayoru X8 izahat verərək bildirmişdir ki, X9 xx.xx.2022-ci il tarixdə ərizə ilə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edərək, keçmiş həyat yoldaşı Şəxs onun və valieynlərinin ünvanına nalayiq ifadələr işlətməsini bildirmiş və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə izahatı alınan Şəxs Zinyət Məmmədova ilə aralarında sözlü mübahisə yarandığını, lakin ona qarşı nalayiq ifadələr işlətmədiyini bildirmişdir. Sonuncunun əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində keçmiş həyat yoldaşı, övladları və valideynləri ilə birgə yaşayır. Yaşadıqları evin birinci mərtbəsində uşaqların məktəb ləvazimatları ilə bağlı keçmiş həyat yoldaşı ilə aralarında sözlü mübahisə yaranmışdır. Lakin, Zinyət və ya onun valideynlərinin ünvanına nalayiq ifadələr işlətməmişdir. Zinyət Məmmədovanın izahatında dedikləri şər-böhtandır. X1 və uşaqları da mübahisə zamanı orada idilər və onun dediklərini təsdiq edə bilərlər. Bu səbəbdən qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 çıxış edərək bildirmişdir ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. Belə ki, onlar arasında bağlanan rəsmi nikah xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin birinci mərtəbəsində keçmiş həyat yoldaşı və valideynləri, ikinci mərtəbəsində isə o və övladları yaşayır. xx.xx.2022-ci il tarixdə Şəxs ilə uşaqların məktəb ləvazimatlarının alınması ilə bağlı mübahisə düşmüşdür. Mübahisə əsnasında Şəxs onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətmiş, onları təhqir etmişdir. Bu səbəbdən, Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, Şəxs onun oğlu, Məmmədova Zinyət isə keçmiş gəlinidir. Yaşadıqları evin mətbəxində oğlu ilə keçmiş gəlini arasında sözlü mübahisə yaranmışdır. Lakin, oğlu hər hansı nalayiq ifadə işlətməmiş, keçmiş gəlini və onun valideynlərini təhqir etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli X9 tərəfindən Binəqədi RPİ-nin 40-cı PB-nə ünvanlanmış ərizədən görünür ki, keçmiş həyat yoldaşı Şəxs onu söyüb təhqir etmişdir. Bu səbəbdən, sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli AZ 007621 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokoldan görünür ki, şəxsi axtarış və onun üstündə olan şeyləri yoxlama zamanı Şəxs üzərində şəxsiyyət vəsiqəsi və iş vəsiqəsi aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə yaşadıqları evdə keçmiş həyat yoldaşı X2, təhqir etmişdir. Nəticədə, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verilməmişdir. Belə ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Şəxsi münasibətlər zəminində evdə, mənzildə, ailədə, yəni ictimai olmayan yerlərdə tanışların, qohumların məhdud dairəsində zərərçəkmiş şəxsi döymə, təhqir etmə, onun sağlamlığına zərər vurma və s. bu kimi hərəkətlər etmə xuliqanlıq kimi tövsif oluna bilməz. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxsla Zinyət Məmmədova arasında yaranan münasibətlər şəxsi münasibətlər zəmnində yaranan münasibət olduğundan Şəxs əməli ictimai qaydanı pozan əməl və ya cəmiyyətə açıqca hörmətsizlik etmə kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar