Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-361/2023 16.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in polis sahə inspektoru, polis leytenantı X7, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərər çəkmiş şəxs X3 iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində “yeşik sexi”nin yanında vət.X4 məxsus 100 manat dəyərində “Samsung Galaxy J3” markalı mobil telefonu danışmaq üçün alıb, Y.Allahverdiyevin məşğul olmasından istifadə edərək oradan uzaqlaşıb sonradan satmaqla mobil telefonu aldatma yolu ilə talamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in polis sahə inspektoru, polis leytenantı Lətif Cənnətov tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in polis sahə inspektoru, polis leytenantı Lətif Cənnətov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 11 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində “yeşik sexi”nin yanında vət.X4 məxsus “Samsung Galaxy J3” markalı mobil telefonu danışmaq adı ilə alıb, Y.Allahverdiyevin məşğul olmasından istifadə edərək 100 manat dəyərində mobil telefonu aldatma yolu ilə talamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə X2 bildirmişdir ki, 11 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində “yeşik sexi”nin yanında olarkən tanımadığı bir nəfər qadın ona yaxınlaşaraq yaxınına zəng etmək üçün ondan mobil telefon istəmişdir. Özünə məxsus olan 100 manata aldığı “Samsung Galaxy J3” markalı mobil telefonu danışmaq üçün həmin qadına vermişdir. Qadın telefonu aldıqdan sonra ətrafda gəzərək kiminləsə danışmışdır. İşə başı qarışdığından bir müddət qadına nəzarət edə bilməmiş, sonradan isə qadının oradan uzaqlaşıb getdiyini və mobil telefonu qaytarmadığını anlamışdır. Buna görə ərizə ilə polisə müraciət etmişdir. Hazırda Şəxs şikayət və tələbi yoxdur. Vurulmuş ziyan tam olaraq ödənilmişdir. Onlar barışmışlar. X2 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, 11 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində “yeşik sexi”nin yanında X4 yaxınlaşaraq danışmaq üçün mobil telefonunu istəmişdir. Yamil özünə məxsus “Samsung Galaxy J3” markalı mobil telefonu danışmaq üçün ona vermişdir. Əslində isə məqsədi telefonla danışmaq olmamışdır. Pula ehtiyacı olduğu üçün düşünmüşdür ki, telefonla danışmaq görüntüsü yaradıb Y.Allahverdiyevin diqqətindən yayınıb telefonu ələ keçirsin. Belə də olmuş, Y.Allahverdiyevin məşğul olmasından istifadə edərək mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Sonra mobil telefonu tanımadığı şəxsə satmış, əldə etdiyi pulu xərcləmişdir. Vurduğu ziyanı tam olaraq ödəmişdir. Onlar barışmışlar. X1 ondan şikayəti yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün ifadəsi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 227-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, işdə olan X1 ərizəsindən görünür ki, ona dəymiş zərər ödənildiyindən Şəxs heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.10. bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, vurulmuş ziyanı tamamilə ödəyib zərərçəkmiş şəxslə barışdığından Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati təhbeh təyin edilməməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icaata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 39.2-ci maddəsinə əsasən vurulmuş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışdığından ona İXM-in 227-ci maddəsi ilə inzibati təhbeh təyin edilməsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icaata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-361/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-361/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver