Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3615/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AP №0189813 saylı, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinə (“Hyundai Accent” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı) dair inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı sorğu göndərmiş Binəqədi RPİ-nin YPŞ-nə göndərməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə xx xxxxxxx 2020-ci il tarixdə MMC barəsində AP №0189813 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-ə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 məhkəməyə etiraz ərizəsi təqdim edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi DYP-sinin İT üzrə inspektoru polis baş leytenantı X1 tərəfindən xx.xx.2020 tarixdə İXM-nin 347-ci maddəsi ilə “AP №0189813” seriyalı protokolla Şəxs MMC barəsində protokol tərtib edilmişdir. Müvafiq protokola görə xx.xx.2020 tarixdə Şəxs şirkətinə sorğu göndərilmiş, qanunvericiklə müəyyən edilmiş 5 (beş) gün müddətində sorğuya müəssisə tərəfindən cavab verilmədiyinə görə müvafiq maddənin (İXM-347-ci maddə) tərkibi yaranmış və iş inzibati tənbehin verilməsi üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir.İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2020 tarixdə şirkətə göndərilmiş sorğuda **-PL-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi olmadığına görə xx.xx.2020-ci il tarixdə İXM-nin 469.3-cü maddəsi ilə inzibati xəta baş vermişdir ki, müvafiq sorğu əsasında da n/v-ni idarə edən şəxs barədə məlumat istənilmişdir. İş materiallarında olan xx.xx.2020 il tarixli sorğudan görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş inzibati xəta yol hərəkəti qaydaları əleyhinə olan qayda pozuntusu deyil, sığorta qaydaları əleyhinə olan inzibati xətadır. Binəqədi DYP-nin göndərdiyi sorğu əsasında şirkət tərəfindən məlumat məhz n/v-ni idarə edən şəxslə bağlı istənilir ki, müvafiq məlumat təqdim edildikdə belə sorğuya cavabda göstərilən hər-hansı fiziki şəxsin həmin nəqliyyat vasitəsinə sahiblik hüququnu müəyyən etmir. Hazırki vəziyyətdə hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin sığorta olunmasına dair inzibati məsuliyyətə cəlbetmə halında həmin n/v-ni idarə edən fiziki şəxs barəsində məlumatların sorğu əsasında tələb edilməsi əlaqəsizdir. Çünki qanunvericiliyə əsasən hüquqi şəxsin öz əmlakını sığortalamaq onun öz vəzifəsi olduğundan, belə halda fiziki şəxsin məlumatlarının öyrənilməsi zərurəti yaranmır. Eyni zamanda qeyd edək ki, səlahiyyətli vəzifəli şəxs tərəfindən protokol tərtib edildikdə əgər ətraflı araşdırılmaya həqiqətən ehtiyac duyulursa araşdırılma məhz protokolu tərtib edən şəxsin üzərinə düşür. İnzibati xətalara dair müvafiq icraat ətraflı araşdırılmadan aparılmışdır. Etiraza qoşma olaraq əlavə edilən n/v-nin qeydiyyat şəhadətnaməsində n/v-nin sahibini müəyyən etmək mümkündür. Həmçinin icbari sığorta müqaviləsinə dair məlumatda aydın görmək olur ki, sözügedən avtonəqliyyat vasitəsinə dair “Sığortaçı” ilə “Sığortalı” arasında xx.xx.2020-ci il tarixdə standart sığorta müqaviləsi bağlanıb, müvafiq sığorta müqaviləsi xx.xx.2020-ci il tarixdə qüvvəyə mindiyindən bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə protokol məhz avtonəqliyyat vasitəsinin mülkiyyətçisi barəsində tərtib edilməlidir. Səlahiyyətli vəzifəli şəxsin qanunsuz protokolu tərtib edərkən icraatı düzgün qaydada aparmadığına görə faktiki olaraq müəssisə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə məhkəmə icraatına cəlb edilmişdir. Bununla yanaşı, müvafiq inzibati xəta ilə bağlı göndərilən sorğu xx.xx.2020-ci il tarixdə göndərilmişdir ki, sorğuya cavab vermə müddəti xx.xx.2020-ci ilə qədər müddəti əhatə edir. Protokolun tərtib edilmə tarixinə baxdıqda məlum olur ki, protokol xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, yəni Azərbaycan Respublikasının İXM-də protokolun tərtib edilmə müddəti müəyyən edilsə də bu norma məhz səlahiyyətli vəzifəli şəxs tərəfindən pozulmuşdur. Binəqədi DYP şöbəsinin İT üzrə inspektoru polis baş leytenantı X1 hazırki protokolu tərtib edərkən səlahiyyətindən kənara çıxmışdır. Belə ki, P.Allahverdiyev yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qaydaları əleyhinə olan inzibati xətalarla bağlı araşdırma aparmaq və müvafiq şəxsi və ya şəxsləri inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. Barəmizdə tərtib olunmuş İXM-nin 347-ci maddəsi yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta hesab edilmir. Belə olan təqdirdə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə müvafiq araşdırmanı Binəqədi DYP deyil, Binəqədi rayon Polis Şöbəsi aparmalı idi. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli, AP №0189813 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan poçt sənədindən məlum olur ki, xx.xx.2020-ci il tarixdə Şəxs MMC-nin nümayəndəsi tərəfindən imza edilməklə Binəqədi RPİ-dən daxil olmuş məktub qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC səlahiyyətli orqanın nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən şəxs barəsində məlumatı sorğu daxil olduğu vaxtdan qanunvericliklə müəyyən olunmuş müddətdə (5 gün) verməmişdir. Bununla da Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş AP №0189813 №-li protokol üzrə inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-3615/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3615/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver