Məhkəmə qərarları › İş №3(001)-3616/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3616/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3616/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 538.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs barəsində İXM-in 538.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokola əsasən, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 324 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2022-ci il tarixdə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması müəyyən olunmuşdur. Nəticədə, Şəxs tərəfindən İXM-in 538.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Dövlət metroloji nəzarətinin aparılması haqqında” xx.xx.2022-ci il tarixli DMN-16/2022 nömrəli qərarına əsasən ünvan 2 ünvanında yerləşən Şəxs MMC-də dövlət metroloji nəzarəti həyata keçirilmişdir.Yoxlama zamanı qeyd olunan nöqsanlar aşağıdakılardır. Ölçmələrin müddətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin yoxlamadan keçirilməmiş 5 sayda ölçmə vasitələrindən istifadə olunması müəyyən edilmişdir. Bununla da ölçmələrin vəhdətinin təmin edilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbləri pozulmuşdur. Deyilənlərin nəzərə alınaraq hüquqi şəxs Şəxs MMC-in inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X5 izahatında bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) xx.xx.2022-ci il tarixli, AİBNDX-12/01-5/18G nömrəli məktubunun icrasına uyğun olaraq “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs ilə bağlanılmış xx.xx.2022-ci il tarixli, 884 nömrəli müqavilə əsasında Şəxs MMC-nin balansına daxil edilmiş və yoxlamadan keçməyən müxtəlif təyinatlı 5 ədəd cihaz və avadanlıqlar 1 aydan tez müddətdə tələb edilən yoxlamadan keçirilmiş və müvafiq sənədlər Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli, 26/36 nömrəli məktubu ilə baxılması üçün AİBNDX-nə təqdim olunmuşdur. Şəxs MMC Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2022-ci il tarixli 055ü nömrəli əmri əsasında fəaliyyətlərinə xitam verilmiş Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin və Azərbaycan X4 İnstitutunun bazasında xx.xx.2022-ci il tarixində təsis olunmuşdur. Yeni təsis olunmuş Şəxs MMC-də struktur formalaşdırma ərəfəsində AİBNDX tərəfindən xx.xx.2022-ci il tarixində yoxlama aparılmış, yeni alınmış saniyəölçənin və istifadə olunmayan 4 digər cihaz və vasitənin yoxlamadan keçirilmədiyi müəyyən olunaraq xx.xx.2022-ci il tarixdə Akt tərtib olunmuşdur. AİBNDX-12/01-5/18G nömrəli xx.xx.2022-ci il tarixli məktubunun icrası 1 aydan tez müddətdə yerinə yetirilmişdir. Eyni zamanda cəmiyyətin inzibati tənbeh olunmasına dair müddət keçmişdir. Ona görə də, deyilənlərin nəzərə alınaraq, məhkəmədən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib olunmuş protokol əsaslıdır. Belə ki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində yoxlama aparılmış, yeni alınmış saniyəölçənin və istifadə olunmayan 4 digər cihaz və vasitənin yoxlamadan keçirilmədiyi müəyyən edilmişdir. Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli, 26/36 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) xx.xx.2022-ci il tarixli, AİBNDX-12/01-5/18G nömrəli məktubunun icrasına uyğun olaraq “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs ilə bağlanılmış xx.xx.2022-ci il tarixli, 884 nömrəli müqavilə əsasında Şəxs MMC-nin balansına daxil edilmiş və yoxlamadan keçməyən müxtəlif təyinatlı 5 ədəd cihaz və avadanlıqlar 1 aydan tez müddətdə tələb edilən yoxlamadan keçirilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 538.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Yuxarıda sadalanan iş materialları ilə Şəxsndə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması öz təsdiqini tapmış və Cəmiyyətin İXMin 538.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 105, 114 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar