Məhkəmə qərarları › İş №3(001)-3620/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3620/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3620/2023 27.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə X2 tərəfindən Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16611524 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi barədə şikayətə və toplanmış iş materiallarına Bakı şəhər Binəqədi Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq , müəyyən etdim: Məhkəmənin icraatına X2 tərəfindən Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16611524 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi barədə şikayəti və toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, EQ 16611524 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar onun deyil, müəssisənin sürücüsü X7 barəsində qəbul edilmişdir. Hal-hazırda, ona məlum olmuşdur ki, qərardan o deyil, barəsində protokol tərtib edilmiş şəxs (müəssisənin sürücüsü) X7 verməli olduğu üçün iş materiallarının geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər X11 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər X11 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin çıxışını dinləyib və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə geri qaytarılmalıdır. Məhkəmə, şikayətçini dinləyib, şikayəti, şikayətçinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır.Belə ki, vətəndaş X6 ərizə ilə şikayətinin geri qaytarılmasını məhkədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16611524 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi barədə şikayət ərizəsi şikayətçinin ərizəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 tərəfindən Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16611524 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi barədə şikayət geri qaytarılsın. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar