Məhkəmə qərarları › İş №3(001)-3620/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3620/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3620/2024 05.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X1, Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X9 tərəfindən Şəxs İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs tərəfindən 14 aprel 2024-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan “JAC” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 göndərməmişdir. Şəxs tərəfindən balansında olan avtomobillərin sürücüləri barədə idarəyə 2024-cü ilin yanvar ayının əvvəlində məlumat verilmişdir. Lakin İXM-in 347-ci maddəsinin mənasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi nəticəsində həmin maddə ilə inzibati xəta tərkibi yaranır. Hesab edirlər ki, Şəxs tərəfindən 14 aprel 2024-cü il tarixdə qəbul edilmiş sorğuya 5 gün müddətində cavab verilmədiyindən cəmiyyət İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cərimə edilməlidir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X4 inzibati xəta haqqında protokolla razı olmayaraq izahatında bildirmişdir ki, cəmiyyət barəsində tərtib tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki cəmiyyət tərəfindən 07 yanvar 2024-cü il tarixli, 12/24 nömrəli məktubla Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X6 cəmiyyətin balansında olan nəqliyyat vasitələrinin sürücüləri barədə məlumat verilmiş və həmin məlumat Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X9 tərəfindən – Allahverdiyev soyadlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə şəxsən imza edilməklə alınmışdır. Belə olan halda cəmiyyətin əməlində İXM-in 347-ci maddəsinin tərkibinin olması mümkün deyildir. Ona görə də, məhkəmədən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN-nin DYP portal çıxarışından və SX019961699AZ kodlu Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X9 tərəfindən Şəxsnə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, Şəxs ünvanına onun mülkiyyətində olan “JAC” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X9 tərəfindən sorğu verilmiş və həmin sorğu xx.xx.2024-cü il tarixdə Hüseynova soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli, 12/24 nömrəli Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X6 ünvanladığı məktubdan və ona əlavə edilmiş cədvəldən görünür ki, Şəxs balansında olan “JAC” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yanaşı digər avtomobillərin sürücüsü ilə məlumatı Binəqədi RPİ-nin DYPŞ-nə vermiş və həmin məlumat Allahverdiyev soyadlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə təhvil alınmışdır. Göründüyü kimi, Şəxs tərəfindən balansında olan “JAC” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumatı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X6 ünvanlamış və şöbə tərəfindən həmin avtomobili idarə edən sürücü barədə müvafiq məlumat olmuşdur, yəni Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X9 tərəfindən cəmiyyətə qeyd olunan sorğu göndərilməzdən əvvəl onlarda “JAC” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə müvafiq məlumat olmuşdur. Buna baxmayaraq, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X9 tərəfindən “JAC” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə Şəxs müvafiq məlumatı verməməsi əsasında cəmiyyət barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparmaqla inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda aydın olur ki, Şəxs İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi mümkünsüzdür. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar