Məhkəmə qərarları › İş №3(001)-3624/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3624/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3624/2023 18.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X1, Qərarından şikayət verilən orqan Bakı şəhər Binəqədi RPİ-nin X10 Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, X2 tərəfindən xx.xx.2023-cü il tarixli, EQ 16913915 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 xx.xx.2023-cü il tarixli, EQ 16913915 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “QAZ 3110” minik markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Biləcəri qəsəbəsindən Dərnəgül istiqamətində 20 ədəd taxta aparırdı. Azadlıq prospektindən Baksol yoluna keçəndə Binəqədi rayon Polis idarəsi X10 əməkdaşı onu saxlayaraq ondan 20 manat pul istədi. O, imkanı olmadığını bildirib maşına əyləşdikdən sonra ona İXM-in 327.1-ci maddəsi ilə elektron qərar qəbul edilib, 40 manat cərimə yazıldığını gördü. İnzibati xəta törətmədiyi üçün hesab edir ki, onun barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 onun tərəfindən yol-hərəkəti qaydalarının pozulmadığını bildirərək verilmiş şikayətin təmin edilməsi, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16913915 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın Bakı şəhər Binəqədi RPİ-nin X10 Şöbəsinin nümayəndəsi X5 şikayətin dəlillərinə münasibət bildirərək, X6 barəsində İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərarın əsaslı olaraq qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, xx.xx.2023-cü il tarixli, EQ 16913915 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dar verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Polis İdarəsi X10 Şöbəsinin xx.xx.2023-cü il tarixli, EQ 16913915 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə, qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, Binəqədi Rayon Polis İdarəsi X10 Şöbəsinin xx.xx.2023-cü il tarixli, EQ 16913915 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş foto şəkillərdən görünür ki, həqiqətən də “QAZ 3110” minik markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi tərəfindən yüklərin daşınması qaydaları pozulmaqla İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16913915 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ 16913915 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Binəqədi Rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16913915 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar