Məhkəmə qərarları › İş №3(001)-3625/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3625/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3625/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayətinin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə şikayətin baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, X2 tərəfindən şikayət verilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli akt şikayətdə qeyd edildiyi kimi inzibati tənbeh vermə haqqında qərar deyildir, İXM-nin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokoldur. Bundan əlavə şikayətdə onun barəsində MN ******* saylı xx.xx.2021-ci il tarixli qərar qəbul edildiyi göstərilmişdir. Lakin bu qeyd edilənlər düzgün göstərilməmişdir. Belə ki, şəxs barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilməzdən əvvəl inzibati xəta haqqında protokol tərtib edilir və həmin protokol əsasında isə inzibati tənbeh vermə haqqında qərar bəbul edilir. Şikayətə əlavavə edilmiş MN seriyalı ******* saylı protokoldan görünür ki həmin protokol xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. Şikayətdə isə onun barəsində MN ******* saylı xx.xx.2021-ci il tarixli qərar qəbul edildiyi qeyd edilmiş, lakin qəbul edilmiş qərarın surəti şikayət ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda şikayət ərizəsinə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə edilmiş, lakin həmin ərizədə şəxsin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın hansı tarixdə əldə edilməsi barədə heç bir məlumat göstərilməmiş və bunu təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət vermək nəzərdə tutulmamışdır. Qanunverici tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. X2 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar varsa, həmin qərar iş materiallarına əlavə olunmalı, bundan sonra məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar