Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3627/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokol əsasında qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bərpasına dair vəsatətinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankın inzibati xəta haqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokol əsasında qəbul edilmiş qərara əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib 6863.92 manat inzibati cərimə edilmişdir. 18 sentyabr 2023-cü il tarixdə Bakı şəhər Binəqədi rayon Məhkəməsinə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokol əsasında qəbul edilmiş qərarından şikayətin verilməsi müddətinin bərpasına dair vəsatəti və sözügedən qərardan verdiyi şikayət daxil olmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayətinə əlavə etdiyi müddətin bərpasına dair vəsatətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokol əsasında qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 vəsatətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokol əsasında qəbul edilmiş qərarına əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib 6863.92 manat inzibati cərimə edilmişdir. Həmin qərarın surətini ona təqdim edilməmişdir. Məhkəmə müddətin bərpasına dair vəsatəti və şikayəti nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının nzibati xəta haqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokol əsasında qəbul edilmiş qərardan şikayətin verilmə müddətinin inzibati xəta törətmiş X4 tərəfindən üzrlü səbəblərə görə buraxılması müəyyən edildiyindən, həmin qərardan şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqında nzibati xəta haqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokol əsasında qəbul edilmiş qərara əsasən X5 430.4-cü maddəsi ilə təqsirli bilinib 6863.92 mana inzibati cərimə edilmişdir. İş materiallarına əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokol əsasında qəbul edilmiş qərarın X3 18 sentyabr 2023-cü il tarixdən daha öncə verilməsini təsdiq edən sübutlar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə də, inzibati xəta törətmiş X5 Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokol əsasında qəbul edilmiş qərardan şikayət vermək müddətini buraxmış və məhkəmə araşdırması zamanı həmin müddətin üzrlü səbəblərdən buraxılması sübuta yetmişdir. Buna görə də, X1 qərardan şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatəti təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş X2 Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokol əsasında qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilsin və buraxılmış müddət bərpa edilsin. Şikayətə mahiyyəti üzrə baxılması 03 oktyabr 2023-cü il tarixə saat 16:00-a təyin edilsin. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3627/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3627/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver