Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3630/2022 24.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X5 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs, X1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra məmuru X6 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X4, X3 cavabdehlər X7, Şəxs və X8 qarşı “torpaq sahəsinin və orada yerləşən tikililərin boşaldılaraq təhvil verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə” dair iddia qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə “cavabdehlər X10, Şəxs və X11 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılsınlar, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikilinin cavabdehlərin vəsaiti hesabına sökülsün və həmin ərazilər boşaldılaraq iddiaçılara təhvil verilsin” kimi izah verilmişdir. Şəxs icra sənədində qeyd olunanları icra etməyərək İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən icra məmuru məhkəmə qərarının bugünədək üzürsüz səbəbdən icra edilmədiyini bildirərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. O həmin qərarı icra etsə də ailə üzvlərinin icra etməsi mümkün deyildir. Belə ki, ailə üzvləri həmin mübahisəli torpaq sahəsində yaşayır. Buna görə məhkəmə qərarının icrasını təmin etməmişdir. Vəkil Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəməyə verdiyi izahatında bildirmişdir ki, icra sənədi üzrə öhdəliyini icra etməmişdir. Onun məhkəmə qərarının icrasından qəsdən yayındığını bildirərək barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayəti oduğunu, məhkəmə qərarının icrasından qərəzli olaraq yayınıldığını qeyd edərək borclu barəsində inzibati tənbeh haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X4, X3 cavabdehlər X7, Şəxs və X8 qarşı “torpaq sahəsinin və orada yerləşən tikililərin boşaldılaraq təhvil verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə” dair iddia qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə “cavabdehlər X10, Şəxs və X11 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılsınlar, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikilinin cavabdehlərin vəsaiti hesabına sökülsün və həmin ərazilər boşaldılaraq iddiaçılara təhvil verilsin” kimi izah verilmişdir. İcra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki məhkəmə iclas zalında borclunun verdiyi izahat tələbkarla arasında olan gərgin münasibətin mövcud olduğunu göstərir. Bugünədək məhkəmə qərarının icra edilməməsi borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli olaraq yayındığını göstərir. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs ilk dəfə barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilməsini əməlini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri və borclu tərəfindən ilk dəfə törədilməsini nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Müdafiəçi Vəkil məhkəmə baxışı zamanı 05 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod-200156, VÖEN-**********, m/h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB********************, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3630/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3630/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver