Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3630/2023 06.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X1nun katibliyi ilə, X1nun Bakı Şəhəri Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X1nun Bakı Şəhəri Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X1 şikayətini onunla əsaslandırmışdır ki, BPİ DYPİ xx.xx.2023-cü il saat 10:55 radələrində Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində TŞ3-016 nömrəli kameranın altında işıqforun yaşıl işığı yanın sönən zaman yolu keçmişdir. Bundan sonra onu DYP əməkdaşı saxlamışdır. Video-görüntüyə baxdığı zaman heç bir qayda pozmadığını aşkar etmişdir. Lakin onun barəsində Xan Şuşinski 18 ünvanında İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki, o ümumiyyətlə həmin küçədə olmamışdır. Göstərilənlərə əsasən Bakı Şəhəri Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X1 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Rəşid Behbudov küçəsindən Bakıxanov küçəsinə hərəkət edən zaman svetaforun yaşıl işığı yanıb sönən zaman nəqliyyat vasitəsinin hərəkətini davam etdirmişdir. Bundan sonra yol-patrul inspektoru ona “saxla” əmri vermiş və onu qayda pozuntusu törətdiyini bildirmişdir. O da öz növbəsində video-görüntünün təqdim edilməsini xahiş etmiş, video-görüntü ona təqdim edilmişdir. Lakin o video-görüntüyə baxdığı zaman qayda pozuntusu törətmədiyinə əmin olmuşdur. Buna baxmayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və ona inzibati tənbeh verilmişdir. İnzibati xətanın törədildiyi yer kimi isə Xan Şuşinski 18 ünvanı göstərilmişdir. Halbuki, demək olar ki, illərdir həmin küçə ilə hərəkət etməmişdir. Həmin gün də ümumiyyətlə o küçədən keçməmişdir. xx.xx.2023-cü il tarixdə onun telefonuna qeyd edilən inzibati xəta əməlini törətməsi ilə bağlı bildiriş gəlmiş, o da yaxınlaşaraq idarədən qərarın surətini almış və məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən Bakı Şəhəri Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq AR DİN Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR DİN Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X1 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Bakı şəhəri, Xan Şuşinski, 18 ünvanında “X5” markalı, 99JF858 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. X1 isə həmin gün ümumiyyətlə həmin ərazidə olmadığını bildirmişdir. Belə olan halda X1nun xx.xx.2023-cü il tarixdə qeyd edilən ərazidə olmaması ilə bağlı şikayət ərizəsində və izahatında göstərdiyi xüsusatlar yoxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmiş, eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X1 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1nun hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X1nun barəsində Bakı Şəhəri Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinə geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3630/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3630/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver