Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3631/2023 10.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyul 2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyul 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilmişdir. Halbuki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Novxanı Saray yolunda 77GH289 dövlət qeydiyyat nişanlı “RENAULT KERAX yük” markalı avtomobillə hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən avtomobil tərəzidə çəkilmiş, tərəzidə göstərici 34340 kq göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən idarə etdiyi yük avtomobilində 41 tonadək yük götürülməsinə icazə verilir, göründüyü kimi avtomobildə yük miqdarı qanunda göstərilən normadan aşağıdır və belə olan halda mənim əməlində heç bir inzibati xəta törədilməsi halı mövcud deyildir. Nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla istifadə etməmişdir, həmin parametrlər qaydalara uyğun olmuşdur.Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyul 2023-cü il tarixli qərarından görünür ki, “RENAULT KERAX yük” markalı 77GH289 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bililib 600 (altı yüz) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü ildə həmin avtomobil ilə Novxanı-Saray yolunda hərəkətdə olarkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Tərəzi qəbzindən görünür ki, “RENAULT KERAX yük” markalı 77GH289 dövlət qeydiyyat nişanlı avtomobilin çəki və yüklə birlikdə oxa düşən kütləsi 34340 kq təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 415 nömrəli qərarına əsasən dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilin icazə verilən ümumi kütləsi yüklə bilikdə 32 tondan artıq olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə görə İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 353.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyul 2023-cü il tarixli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 iyul 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3631/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3631/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver