Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3632/2022 24.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, İİİ qrup əlil, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Şəxs, X10 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən çıxarılması, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililərin (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin ərazilərin boşaldılaraq X2, X3 təhvil verilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Cavabdeh Şəxs qətnamədən apellyasiya .şikayəti vermiş, lakin şikayət təmin edilməmişdir. Cavabdeh Şəxs kassasiya şikayəti əsasında iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-103-762/2021 nömrəli qətnaməsi Şəxs ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları hissəsində ləğv edilmiş, cavabdeh Şəxs ailə üzvlərinə aid hissədə iddia tələbi təmin edilməmiş, qətnamə cavabdeh Şəxs aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 nömrəli icra sənədi üzrə qeyd edilən tələbi icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs tələbi icra etmədiyi və icra məmurunun tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(001)-103/2020 nömrəli qətnaməsi ilə o və digər cavabdehlər X10, X6 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən çıxarılması, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililərin (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin ərazilərin boşaldılaraq X2, X3 təhvil verilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayət vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə şikayəti qismən təmin edilmişdir. Belə ki, qeyd edilən qərarla Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-103-762/2021 nömrəli qətnaməsi onun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları hissəsində ləğv edilmişdir. Bu səbəbdən o, ailə üzvləri ilə birlikdə qeyd edilən ünvanda qaldığı üçün həmin torpaq sahəsindən və tikilidən çıxmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 nömrəli qətnaməsi ilə cavabdeh cavabdehlər Şəxs, X10 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən çıxarılması, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililərin (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin ərazilərin boşaldılaraq ona və X3 təhvil verilməsi qət edilmişdir. Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 103/2020 nömrəli icra sənədi üzrə tələbi icra etməkdən hər dəfə müxtəlif bəhanələrlə yayınır. O, Şəxs icra sənədi üzrə tələbi icra etməsini istəyir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Şəxs, X10 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən çıxarılması, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililərin (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin ərazilərin boşaldılaraq X2, X3 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 762/2021 nömrəli qətnaməsindən görünür ki, cаvаbdеh Əsgərоv Ələsgər Hüsеyn оğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 103/2020 saylı iş üzrə 17 fevral 2020-ci il tarixli qətnaməsi cаvаbdеh Əsgərоv Ələsgər Hüsеyn оğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-4082/2021 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-103-762/2021 nömrəli qətnaməsi Şəxs ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları hissəsində ləğv edilmiş, cavabdeh Şəxs ailə üzvlərinə aid hissədə iddia tələbi təmin edilməmiş, qətnamə cavabdeh Şəxs aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, icra məmuru Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 icra vərəqəsinin icrası ilə bağlı icra vərəqəsində qeyd edilən ünvana getmiş, həmin ünvanda icra vərəqəsində adları qeyd edilən cavabdehlərdən başqa sonuncuların ailə üzvlərinin də yaşadığı müəyyən edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-103/2020 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(001)-103/2020 nömrəli qətnaməsinə izah verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 3939/2022 nömrəli qərardadından görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-103/2020 nömrəli qərardadından cavabdehlər verilmiş şikayətlər təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, icra məmuru Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 icra vərəqəsinin icrası ilə bağlı icra vərəqəsində qeyd edilən ünvana getmiş, borclunun yaşadığı evin qapısı bağlı olmuş, qapını açan olmamışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, icra məmuru Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 icra vərəqəsinin icrası ilə bağlı icra vərəqəsində qeyd edilən ünvana getmiş, borclulara xəbərdarlıq edilmələrinə baxmayaraq icra yerinə gəlməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4082/2021 nömrəli qərarından görünür ki, cavabdeh Şəxs ərizəsi təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-4082/2021 nömrəli qərarına izah verilməsindən imitna edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tələbkar X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 nömrəli icra sənədi üzrə tələbi icra etməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 nömrəli icra sənədi üzrə tələbi icra etməmiş və buna səbəb kimi ailə üzvlərinin qeyd edilən ünvanda tikilmiş tikililərdə yaşamalarını göstərmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3632/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3632/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver