Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3634/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən EXP ******* saylı, 31.08.2021-ci il tarixli protokol əsasında tərtib edilmiş EPQ ******* saylı, 15.09.2021-ci il tarixli qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən EXP ******* saylı, 31.08.2021-ci il tarixli protokol əsasında tərtib edilmiş EPQ ******* saylı, 15.09.2021-ci il tarixli qərarın ləğv edilməsini, ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin silinməsini cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai RPİ-nin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, 31.08.2021-ci il tarixdə Azure Biznes mərkəzində, islədiyi ofisə Xətai RPÏ-nin 37-ci polis bölməsinin sahə inspektoru polis mayoru X4 tibbi maskaları yoxlamaq məqsədi ilə daxil olmuşdur.Üzündə maska olduğu halda ona yaxınlaşaraq vəsiqəni tələb etmişdir.Qayda pozmadığı üçün ondan vəsiqənin alınmasının səbəbini soruşduqda sadəcə vaksin olunub olunmadığını yoxlayıb qaytaracağını söylədi. Vəsiqəni götürüb otağın giriş hissəsinə keçdi.Bir müddяt keçəndən sonra polis əməkdaşı ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən yəni epidemiya əleyhinə rejimin pozulması ilə əlaqədar EXP ******* saylı protokolu elektron qaydada planşetlə yazdı. Həmin vaxt o öz etirazını bildirmişdir.Vəsiqənin basqa səbəblə alınaraq qayda pozmadığı halda cərimə yazıldığı üçün şikayət edəcəyini qeyd etmişdir.Bu səbəbdən ona kağız formasında protokol tərtib etməsini istəmişdir.Belə ki, ÏXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.Polis isə ona bildirdi ki, EXP tipli protokol yalnız elektron şəkildə olur və vətəndaşın məlumatlanması sms ilə həyata keçirilir.Nəticədə protokolu vermədən vəsiqəni qaytardı. 09.09.2021-ci il tarixində Xətai RPÏ-nin 37-ci polis bölməsinə müraciət etdi. Dəftərxanadan bildirdilər ki, protokolu almaq üçün həmin polisə müraciət etsin və protokolun qərarı isə onlarda olmur. Bu səbəbdən poçt ilə 13.09.2021-ci il tarixində Daxili Ïşlər Naziri Polis general polkovniki X2 müraciot etdi. Göndordiyi ərizəyə 18.09.2021-ci il tarixli cavab məktubunda inzibati protokolun ləğv olunması üçün məhkəməyə müraciət etməyi bildirildi.Lakin protokol və qorar gəlmədiyindon Binəqədi Rayon Məhkəməsində inzibati məsuliyyəti mübahisələndirə bilməzdi.Bu səbəbdən 01.10.2021-ci il tarixində Bakı Ïnzibati Məhkəməsinə Ïnzibati orqanların hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar iddia ərizəsi ilə müraciət edərək protokolu və qərarın ona rəsmi qaydada verilməsini Xяtai RPİ-nin üzərinə qoymasını istədi. Nəhayət ki, 13.10.2021-ci il tarixində Xətai RPİ-dən cavab məktubu göndərildi. Bu günə kimi bütün proseslərdə onun tərəfindən heç bir müddət ötürülmayib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə olunması barədə 31.08.2021-ci il tarixdə tərtib olunmuş qərardan şikayətçidir. X3 məhkəmə iclasında verdiyi izahatında Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş EXP ******* saylı, 31.08.2021-ci il tarixli protokol əsasında tərtib edilmiş EPQ ******* saylı, 15.09.2021-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati orqan Bakı şəhəri Xətai rayonu Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, EPQ ******* saylı, 15.09.2021-ci il tarixli qərarın surətindən məlum olur ki, X9 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş EXP ******* saylı, 31.08.2021ci il tarixli protokol əsasında tərtib edilmiş EPQ ******* saylı, 15.09.2021-ci il tarixli qərarı əsasında araşdırma zamanı X9 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar düzgün qərara alınmışdır. Şikayətçi həmin inzibati qərarın qanunsuz olması barədə heç bir tutarlı səbəb göstərməmişdir.Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.Qaydalara əsasən məlum olur ki, tibbi maskadan düzgün istifadə edilməməsi də (məsələn: üz nahiyyəsinin, yəni-ağız və burun nahiyyəsinin natamam örtülməsi, maskanın aşağı çəkilməsi, çənədə saxlanılması və sair) İXM-nin 211-ci maddəsinin tərkibini yaradır. Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş EXP ******* saylı, 31.08.2021-ci il tarixli protokol əsasında tərtib edilmiş EPQ ******* saylı, 15.09.2021-ci il tarixli qərarından verdiyi şikayət rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş EXP ******* saylı, 31.08.2021-ci il tarixli protokol əsasında tərtib edilmiş EPQ ******* saylı, 15.09.2021ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3634/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3634/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver