Məhkəmə qərarları › İş №3(001)-3653/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3653/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3653/2022 12.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, X1 X11 Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 Yol Patrul Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, onun barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır.Buna görə də, şikayətçi - X11 Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 və X11 Xidmətinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin X11 Xidmətinin nümayəndəsi və şikayətçi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə,yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, X11 Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsinddə xx.xx.2022-ci il tarixdə İXP ******* saylı protokol tərtib edilmişdir.Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 X11 Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 X11 Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayəti rədd edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar