Məhkəmə qərarları › İş №3(001)-3661/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3661/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3661/2022 12.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin polis mayoru Namiq Abdullayev tərəfindən xx.xx.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.Həmin protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yaşayan Şəxs xx.xx.2022-cİ il tarixdə təxminən saat 08:00 radələrində idarə etdiyi “VAZ 21214 minik” markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobilin ön hissəsi ilə zərərçəkmiş şəxs X3 Bakı şəhəri, Binəqədi rayonu, “Lallar fabriki”nin yaxınlığında ehtiyatsızlıqdan vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdiyini, səmimi peşmançılığını, il ərzində ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini və onun şikayətçi olmadığını nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinə və zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq belə qərara gəlirəm ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Araz Kazımlının xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “VAZ 21214 minik” markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs xx.xx.2022-cİ il tarixdə təxminən saat 08:00 radələrində idarə etdiyi “VAZ 21214 minik” markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobilin ön hissəsi ilə X3 Bakı şəhəri, Binəqədi rayonu, “Lallar fabriki”nin yaxınlığında ehtiyatsızlıqdan vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Həmçinin, iş materiallarında olan zərərçəkmiş şəxs X1 ərizəsinə əsasən məlum olur ki, onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2022-cİ il tarixdə təxminən saat 08:00 radələrində idarə etdiyi “VAZ 21214 minik” markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobilin ön hissəsi ilə X3 Bakı şəhəri, Binəqədi rayonu, “Lallar fabriki”nin yaxınlığında ehtiyatsızlıqdan vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, il ərzində ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini və onun şikayətçi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin şikayətçi olmadığını, habelə onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar