Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3666/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, X1, İcra məmuru X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3696/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay 160 manat alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Hazırda işləmir. xx.xx.2022-ci il tarixdə sol bud-çanaq oynağının endoprotezləşdirilməsi” əməliyyatı olunmuşdur. Əmək qabiliyyəti olmadığından məhkəmə qərarının icrasını etmək mümkün olmamışdır. Maddi imkanı olmadığından inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Vəkil, Şəxs maddi vəziyyətini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, səhhətindəki ciddi problemlərə görə məhkəmə qərarının icrasını təmin edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədini icra etmir. İcra sənədi üzrə borcunu ödəmək iqtidarında olduğunu nəzərə alaraq borcun tam şəkildə dərhal ödənilməsini tələb edir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəməyə verdiyi izahatında bildirmişdir ki, icra sənədi üzə ödənilməmiş aliment borcu vardır. İcra şöbəsində verdiyi izahatda da ödəməkdən imtina etmədiyini bildirmişdir. İcra sənədini icra etməməsini keçirdiyi əməliyyatla əlaqələndirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3696/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay 160 manat alimentin X4 xeyrinə tutulması qət edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1869/2022 saylı müalicə həkimi V.Mahmudov tərəfindən verilmiş məktubdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “X5- Bakı” MMC-nin tabeliyində olan “X14” klinikasında “sol bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı icra olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki məhkəmə iclas zalında tərəflər arasında olan gərgin münasibət borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli olaraq yayındığını göstərir. Məhkəmə borclunun keçirdiyi əməliyyatla bağlı qeyd edir ki, internet informasiya resursundan əldə edilmiş məlumatlardan müəyyən edilir ki, endoprotez əməliyyatı keçirmiş xəstələrdə 3 ay müəyyən hərəkətlərə qadağa qoyulur. Bu hərəkətlərə çanağı 90 dərəcədən çox bükmək, ayağı ayaq üstünə atmaq, corab geymək, namaz qılmaq, ayağı içə və bayıra çevirmək daxildir. İlk 3 ayda bu hərəktlər edildikdə, endoprotez ətrafında oynaq zarı tam sağalmadığı və əzələ gücü tam dönmədiyi üçün bud başı oynaqdan çıxa bilər. Belə olduqda protezi yenidən oynağa qoymaq üçün xəstəyə ümumi anesteziya vermək lazımdır. Xəstəyə 3 ay yan və üz üstünə yatması qadağan edilir. Əməliyat arxa kəsiklə aparıldıqda bud-çanaq oynağının həddindən çox bükülməsi , iç və bayır rotasiyası əngəllənməlidir. Bu tədbirlər qoyulan protezin yerindən çıxmaması(dislokasiyası) üçün vacibdir. Ümumiyyətlə bu əməliyyatdan sonra xəstənin çox alçaq yerlərə oturması qadağan edilir. Məhkəmə hesab edir ki, Şəxs keçirdiyi cərrahi əməliyyatla əmək qabiliyyətini itirməsi, onun işləməsinə dair həkim ekspert komissiyasından rəy verilməsi, onun işləyə bilməməsinin keçirdiyi əməliyyatla əlaqədar olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2017-ci il tarixdə doğulmuş (X9) və xx.xx.2021-ci il tarixdə doğulmuş (X7) 2 uşağı vardır. Məhkəmə tərəfindən Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun əməlini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı onun əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri və borclu tərəfindən ilk dəfə törədilməsini, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Müdafiəçinin təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 2 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 2 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs göstərdiyi 2 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3666/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3666/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver