Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3666/2025 13.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN ******* nömrəlixx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 13-İX-25 nömrəli 01 mart 2025-ci il tarixli protokolu əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN Ne1870058 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında göstərilənlər tamamilə yanlışdır və heç bir həqiqəti əks etdirmir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN Ne1870058 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə onun 3000 manat məbləğində cərimə olunmağı qanunsuz və əsassızdır. İXM-nin 3-cü maddəsinin tələbləri baxımından onun İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayət ərizəsini müdafiə edərək bildirmişdir ki, o, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin fasadında və dam örtüyündə təmir-tikinti işləri ilə bağlı xidmət göstərilməsi üçün müxtəlif şəxslərlə, o, cümlədən X6 ilə müqavilə bağlamışdır. O, Rahim Əhmədovu işə götürməmiş, sonuncunu ilə hər hansı işçi münasibətləri olmamışdır. Həmin qeyri-yaşayış obyektində baş vermiş hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılmış və araşdırma ilə bağlı o, prokurorluğa getməmişdir. O, polisə izahat vermiş, lakin X7 Xidmətinə çağırılmamışdır. Onun telefonuna 3000 manat cərimə olunması barədə mesaj gəldikdən sonra X7 Xidməti tərəfindən cərimə olunduğunu bilmişdir. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 bildirmişdir ki, prokurorluq tərəfindən aparılmış araşdırma zamanı X5 tərəfindən 2024-cü ilin sentyabr ayında ünvan 1 ünvanında yerləşən “Mətin” şadlıq sarayının fasadında aparılmış təmir-tikinti işlərində X4 əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş və bununla bağlı X7 Xidmətinə məlumat verilmişdir. Qeyd edilən fakt öz təsdiqini tapdığı üçün vəzifəli şəxs X5 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3000 manat cərimə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, X5 ilə X6 arasında tikinti sahəsində xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən “xidmət göstərən” öz işçi qüvvəsi hesabına “Sifarişçinin” mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu 17 ünvanında yerləşən qeyri-yaşayış obyektinin fasad hissəsində (dam örtüyündə) təmir-tikinti işlərinin icrasını həyata keçirməyi, “Sifarişçi” isə həmin sahədə işlərin icrasının həyata keçirilməsini təmin etmək üçün "Xidmət götərəni” istifadə olunan mal-materiallarla təchiz etməyi, həmçinin görülən işlərin müqabilində qarşılıqlı razılıqla müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X5 tərəfindən X6 2024-cü ilin sentyabr ayında ünvan 1 ünvanında yerləşən “Mətin” şadlıq sarayının fasadında aparılmış təmir-tikinti işlərində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi X5 ilə X6 arasında əmək münasibətləri olmamış, Rahim Əhmədov tikinti sahəsində xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2024cü il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu 17 ünvanında yerləşən qeyri-yaşayış obyektində təmir-tikinti işləri ilə məşğul olmuşdur. Bu iş materialına əlavə edilmiş müqavilə ilə öz təsdiqini tapmışdır. Həmçinin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin şadlıq sarayı kimi fəaliyyət göstərməsi və Rahim Əhmədovun binanın fasadında təmir-tikinti işlərinin görülməsinə cəlb edilməsi, sonuncunun işçi kimi işlərin görülməsinə cəlb edilmədiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, X6 şadlıq sarayının təyinatı üzrə fəaliyyəti ilə bağlı deyil, şadlıq sarayının fasadında aparılan təmir işləri ilə əlaqədar xidmətin göstərilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin D bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, X2 əməlində Azərbaycan Respublikasınln İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 əməlində Azərbaycan Respublikasınln İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3666/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3666/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver