Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3667/2022 26.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Şikayətçi X1 iştirakı ilə, Şikayətçi X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının DİN-nin Binəqədi Polis İdarəsinin 43cü Polis Bölməsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq 500 manat məbləğində cərimə edilmişdir.Bu qərar barədə o, xx.xx.2022-ci il tarixdə Binəqədi rayon icra şöbəsinin göndərdiyi bildirişdən bilmiş və həmin qərarı əsassız və qanunsuz olduğundan şikayət verməkdə israrlı olmuşdur.Sonradan ona bəlli olmuşdur ki, Azərbaycan Respublikasının DİN-nin Binəqədi Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşı Orucov Zaur tərəfindən ******* nömrəli, xx.xx.2022-ci i tarixli protokol tərtib edilmişdir.Protokolda qeyd olunduğu kimi, guya o, tanımadığı bir şəxsi zibil atdığına görə döymüşdür.Bu isə heç bir sübutu olmaya cəfəng bir ittihamdır.O, niyə kiminsə uşağına zibil atdığına görə taxta parçası atmalıdır!? Bu yalnız Zaur Orucovun ona qarşı qərəzliyindən irəli gəlir. Bunu təsdiq edən sübutlardan biri elə protokolu tərtib edən şəxs tərəfindən onun imzasının saxtalaşdırmasıdır.Ümumiyyətlə MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol ona təqdim edilməmiş və onun tərəfindən imzalanmamışdır.Onun şəxsiyyət vəsiqəsində mövcud olan imzadan belə bəlli olur ki, onun imzası deyildir. İXM-nin 100-cü maddəsində qeyd olunduğu kimi, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır.Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Şikayətçi göstərmişdir ki, təəssüflər olsun ki, elə bir qanunsuz protokol əsasında AR İXMnin 112-ci maddəsində göstərilən qayda pozularaq qanunsuz MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur.Belə ki, Ə.Tağıyevanın bədənindəki xəsarətin onun tərəfindən yetirildiyinin sübutu belə yoxdur.Bu faktın olmaması onun inzibatı xəta törətməsini istisna edir. Şikayətçi yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X2 şikayətdə göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, X2 X7 vuraraq ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmamışdır.Belə ki, işi araşdıran təhqiqatçı tərəfindən işin bütün halları araşdırılmamışdır və həmin şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün yetərli hüquqi əsaslar olmamış, həmçinin inzibati orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və həmin sübutları məhkəməyə təqdim etməmiş və inzibati protokolun əsaslı olduğunu sübut edə bilməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, şikayətçi X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə cərimələnməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3667/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3667/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver