Məhkəmə qərarları › İş №3(001)-3670/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3670/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3670/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X6 iclas katibliyi, Tələbkar Miriyeva (Məmmədova) Bəyim Süleyman qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili X5, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, (ikinci dəfə) himayəsində 1 (bir) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 29 noyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1138/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 26 sentyabr 2019-cu il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat aliment və yeni zamanda xx.xx.2019-cu il təvəllüdlü X7 3 yaşa çatanadək 50 manat məbləğində aliment alınaraq iddiaçı X2 verilməsi müəyyən olunmuşdur.Bocluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədini tam icra etməkdən imtina etmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 borclunun aliment borcunu qərəzli olaraq tam ödəmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, o, hal-hazırda alçıpan ustası işləyir, aylıq qazancı aliment borcunu tam ödəməyə imkan vermir, həmçinin o, ikinici dəfə ailə həyatı qurmuşdur və ikinci ailəsinin də xərclərini də ödəmək məcburiyyətindədir.Buna görə də, borclu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs alçıpan ustası işləyir, aylıq qazancı aliment borcunu tam ödəməyə imkan vermir, həmçinin o, ikinci dəfə ailə həyatı qurmuşdur və ikinici ailəsinin də xərclərini də ödəmək məcburiyyətindədir.Buna görə də, borclunun müdafiəçisi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar Miriyeva (Məmmədova) Bəyim Süleyman qızı borclunun aliment borcunu qərəzli olaraq ödəmədiyini, borclunun alçıpan ustası olduğunu və yaxşı qazancının olduğunu nəzərə alaraq borclu Şəxs qanuna müvafiq qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini və aliment borcunu qismən ödəməsini nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi borclu tərəfindən tam icra olunmamış, icra sənədinin tam icra edilməməsində Şəxs təqsiri tərəflərin izahatlarına, iş materiallarına və inzibati xəta haqqında protokola əsasən sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, maddi vəziyyətini, məhkəmə qərarının qismən icra olunduğunu nəzərə alaraq hesab edir ki, borclu Şəxs minimum həddə inzibati qaydada cərimə edilməlidir. Həmçinin, müdafiəçi X5 təqdim etdiyi hesabata əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə iclasında cəmi 05 saat iştirak etmişdir. Müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən 12 aprel 2018-ci il tarixdən 03 may 2018-ci il tarixədək onun əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz) manat cərimə edilsin. 3(001)-3670/2022 saylı inzibati işi üzrə müdafiəçi X8 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz ) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod - 200156, VÖEN – ********** , m /h AZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB******************* *,VÖEN-100059 7151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim : Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar