Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3674/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, №00100-2115/20 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 346 ünvanında qeydiyyatda olan “xx” MMC (**********) xx xxxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2438 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Türkiyədə fəaliyyət göstərən “X1 İmalat” şirkətindən ANT**********051 nömrəli xx.xx.2020ci il tarixli invoys sənədinin müşayiəti ilə 05AAP390/05AAY253 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:42-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/027759 nömrəli xx.xx.2020-ci il tarixli raport, **********2438 sorğu nömrəli Gömrük bəyannaməsi, invoys, CMR, “Avtomobil nəqliyyatına” dair çıxarış, Dövlət Vergi Xidmətinin internet Vergi idarəsindən çıxarış və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Qasım-zadə Fərid Vaqif oğlu izahatında göstərmişdir ki, Türkiyədə fəaliyyət göstərən “X1 İmalat” şirkətindən göndərilmiş yükləri daşıyan 05AAP390/05AAY253 nömrəli nəqliyyat sərhədi keçənədək gömrük orqanına qısa idxal bəyannaməsi verilməmişdir. Buna səbəb isə ona votsap vasitəsilə sənədləri göndəriblər, eyni maşında iki yük olub yükün birinin sənədi gəlib ikincisi isə onun votsapına gəlməmişdir. Bu səbəbdən də qısa idxal bəyannaməsini yazmamışlar. Gömrük qaydalarını pozduqlarını etiraf etmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin və MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin və MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli №00100-2115/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “xx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardadından görünür ki, “xx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin rəis müavini, Gömrük xidməti polkovniki Bəxdiyar Tapdıqov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanan xx.xx.2020-ci il tarixli xx/xx/027759 saylı raportdan görünür ki, “xx ” MMC-nin ünvanına xx.xx.2020-ci il tarixində 05AAP390/05AAY253 nömrəli nəqliyyat vasitələrilə ölkə ərazisinə daxil olmuş və **********2438 saylı GB-si ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan protokoldan görünür ki, “xx” MMC-nin nümayəndəsi Qasımzadə Fərid Vaqif oğlu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 Şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 tərəfindən sorğu-sual edilmiş, nümayəndə izahatında bildirmişdir ki, Türkiyədə fəaliyyət göstərən “X1 İmalat” şirkətindən göndərilmiş yükləri daşıyan 05AAP390/05AAY253 nömrəli nəqliyyat sərhədi keçənədək gömrük orqanına qısa idxal bəyannaməsi verilməmişdir. Buna səbəb isə ona votsap vasitəsilə sənədləri göndəriblər, eyni maşında iki yük olub yükün birinin sənədi gəlib ikincisi isə onun votsapına gəlməmişdir. Bu səbəbdən də qısa idxal bəyannaməsini yazmamışlar. Gömrük qaydalarını pozduqlarını etiraf etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xx” MMC-nin Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs “xx” MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 saylı Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs “xx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131, 485.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə 00100-2115/20 saylı protokol üzrə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-3674/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3674/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver