Məhkəmə qərarları › İş №3(001)-3674/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3674/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3674/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı PŞ-nin polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı övladı olan, fərdi qaydada taxsi fəaliyyəti ilə məşğul olan, Şəmkir rayonu, Şəmkir şəhəri, X13 küçəsi ev 17 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 noyabr 2022-ci il tarixdə təxminən 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, BBAK ərazisində qanunsuz taxsi fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı təyin edilməmiş yerdə siqaret çəkdiyinə görə polis əməkdaşları tərəfindən təmizliyə riayət etməyə dəvət olunmuş, bu zaman o, polis əməkdaşları ilə sözlü mübahisə etmiş, sonradan bu hərəkətlərini Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin ərazisində də davam etdirərək səs-küy yaradaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı PŞ-nin polis baş leytenantı X4 tərəfindən xx.xx.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, BBAK ərazisində gözləyərkən siqaret çəkdiyinə görə polis əməkdaşları onunla kobud rəftar etdiyinə görə onlara etirazını bildirmiş və öz mobil telefonu ilə polis əməkdaşlarının hərəkətlərini çəkməyə çalışmış, buna görə də polis əməkdaşları onun əlindən telefonunu alaraq görüntüləri silməyə çalışmış və o, isə telefonunu verməkdən imtina etdiyinə görə aralarında mübahisə yaranmışdır.Buna görə də, o, hesab edir ki, onun hərəkətlərində hər hansı inzibati xəta hadisəsi olmadığına görə barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında çıxış edən müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilmədiyini, polis əməkdaşlarının ona qarşı səbəbsiz yerə kobud rəftar etdiklərini nəzərə alaraq barəsində tərtib edilən protokolun əsassız olduğundan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı PŞ-nin polis baş leytenantı X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 noyabr 2022-ci il tarixdə təxminən 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, BBAK ərazisində qanunsuz taxsi fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı təyin edilməmiş yerdə siqaret çəkdiyinə görə polis əməkdaşları tərəfindən təmizliyə riayət etməyə dəvət olunmuş, bu zaman o, polis əməkdaşları ilə sözlü mübahisə etmiş, sonradan bu hərəkətlərini Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin ərazisində də davam etdirərək səs-küy yaradaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır.Buna görə də, onun barəsində məhkəmədən inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 bildirmişdir ki, o, polis əməkdaşıdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 noyabr 2022-ci il tarixdə təxminən 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, BBAK ərazisində qanunsuz taxsi faliyyəti ilə məşğul olan şəxslərə qarşı polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı təyin edilməmiş yerdə siqaret çəkdiyinə görə onlar tərəfindən təmizliyə riayət etməyə dəvət olunmuş, lakin vətəndaş Şəxs onlara tabe olmamışdır.Polis əməkdaşları tərəfindən Şəxs qarşı heç bir təzyiq və ya kobud rəftar olmamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X9 bildirmişdir ki, o, polis əməkdaşıdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 noyabr 2022-ci il tarixdə təxminən 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, BBAK ərazisində qanunsuz taxsi faliyyəti ilə məşğul olan şəxslərə qarşı polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı təyin edilməmiş yerdə siqaret çəkdiyinə görə polis əməkdaşları tərəfindən təmizliyə riayət etməyə dəvət olunmuş, Lakin vətəndaş Şəxs onlara tabe olmamışdır.Polis əməkdaşları tərəfindən Şəxs qarşı heç bir təzyiq və ya kobud rəftar olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, protokolu tərtib edən vəzifəli şəxsi və şahid ifadələrini dinləyərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 3 (üç) azyaşlı övladının olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməməsi onu gözləyən inzibati məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirici halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, müdafiəçi X3 təqdim etdiyi hesabata əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə iclasında cəmi 05 saat iştirak etmişdir. Müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən 12 aprel 2018-ci il tarixdən 03 may 2018-ci il tarixədək onun əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. X1 üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. 3(001)-3674/2022 saylı inzibati işi üzrə müdafiəçi X7 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz ) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod - 200156, VÖEN – ********** , m /h AZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB******************* *,VÖEN-100059 7151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar