Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3682/2022 16.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan "AS AQUA.AZ” MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə Hindistandan 92AA381/92AA382 nömrə nişanlı yük avtomaşının üzərində olan CRXU ******* nömrəli konteynerdə GSTT/6 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********494 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.20232-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması keçirilmiş, Bu zaman sözügedən yük avtomaşınında **********494 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan “keramikadan mozaika plitələri” yükündən əlavə gömrük orqanına bəyan edilməyən, adları və ölçüləri qeyd edilən mallar aşkar olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6907 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 33 adda malların xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 1060,95 manat müəyyən edildiyi qeyd edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız və qanunsuz olduğundan iş üzrə icraata xitam verilməlidir. O qeyd etmişdir ki, həmin mallar nümunə olmuş və invoice dəyəri 149 ABŞ dolları olmuşdur. Həmin mallar istifadəyə yararlı deyil və nümunə kimə göndərən şirkət tərəfindən qiyməti invoiceda qeyd edilmişdir. Ekspert tərəfindən nəyə əsasən malların qiymətinin müəyyən edildiyi qeyri-müəyyəndir. Bu barədə gömrük orqanında məlumat verdiyini, lakin invoiceun qəbul edilmədiyini, ona əhəmiyyət verilmədiiyini bildirmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il arixli raportdan görünür ki, "AS AQUA.AZ” MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə Hindistandan 92AA381/92AA382 nömrə nişanlı yük avtomaşının üzərində olan CRXU ******* nömrəli konteynerdə GSTT/6 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********494 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.20232-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması keçirilmiş, Bu zaman sözügedən yük avtomaşınında **********494 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan “keramikadan mozaika plitələri” yükündən əlavə gömrük orqanına bəyan edilməyən, adları və ölçüləri qeyd edilən mallar aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6907 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ekspertiza tədqiqatına təqdim edilmiş 33 adda malların xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 1060,95 manat müəyyən edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş MİLOTA OVERSEAS LLP-dən verilmiş xx.xx.2022-ci il tarixli invoicedan görünür ki, nümunə kimi göndərilmiş mozaika plitələrinin dəyəri 149 ABŞ dollarıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır, lakin bəyan edilməyən malların dəyərinə münasibətdə ekspert rəyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6907 nömrəli, xx.xx.2022-ci il tarixli rəyində ekspertin 33 adda malın qiymətini hansı mənbədən əldə etdiyini müəyyən etmək mümkün deyildir. Belə ki, 33 adda malın qiymət cədvəlinin nəyə əsasən tərtib edildiyi məlum deyildir. Ekspert rəyində tədqiqatı internet saytlarında mövcud olan qiymətlərə əsasən müəyyən etdiyini qeyd etsə də rəydən bunu görmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyində ümumi istifadə üçün nəzərdə tutulmuş internet şəbəkəsinin rəsmi saytlarında olan informasiyadan istifadə edildiyi zaman bu informasiya rəyin tətqiqi hissəsində onların rekvizitləri əks olunmaqla verilməlidir. (ünvan, firma, qeydiyyat tarixi) Məhkəmə hesab edir ki, 33 adda parçalardan ibarət mallar ümumiyyətlə istifadəyə və satışa yararsız olduğu və göndərən şirkət tərəfindən həmin nümunələrin qiyməti invoiceda əks olunduğundan ekspertin dəqiq olmayan rəyi deyil, məhz həmin invoiceda qeyd edilən malların dəyəri nəzərə alınmaqla qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 50 faizi miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 149 (yük qırx doqquz) ABŞ dolları olan malın dəyərinin 50 (əlli) faizi miqdarında, yəni 74,5 (yetmiş dörd dollar 50 sent) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan manatına məzənnəsi hesablanmaqla cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Şəxsndən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3682/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3682/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver