Məhkəmə qərarları › İş №3(001)-3690/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3690/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3690/2022 30.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X3, zərərçəkmiş şəxsin nümayəndəsi X11 və zərərçəkmiş şəxsin nümayəndəsi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X9 izahat verərək bildirmişdir ki Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4173/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs və "xxxx" MMC-dən müştərək qaydada 213678.86 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Tələb ipoteka qoyulmuş Şəxs məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməlidir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binası və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-yə yönəldilməlidir. Bundan əlavə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-216/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 71977.65 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka yüklü edilmiş, borclu Şəxs məxsus olan “Mercedes Benz S500” minik markalı, 90-SP- 690 dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməlidir. Avtomobil açıq hərracda satılaraq əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Şəxs qaytarılmalıdır. X1 11629 ABŞ dolları məbləğində pul vəsaiti tələbkar X4 xeyrinə ödənilməlidir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-667/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 35883 ABŞ dolları məbləğində borc, hüquqi yardıma görə 250 manat, dövlət rüsumuna görə 30 manat və notariat xərcinə görə 11.50 manat alınaraq tələbkar X5 ödənilməlidir. xx.xx.2022-ci il tarixli qərarla hər üç icra sənədi üzrə icraat ümumu icraatda birləşdirilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, lakin Şəxs icra sənədləri üzrə borcunu icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4173/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu ondan və direktoru olduğu "xxxx" MMC-dən müştərək qaydada 213678.86 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməli olduğu, tələbin ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə qeyriyaşayış binasına və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməli olduğu, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binası və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-yə yönəldilməli olduğu müəyyən edilmişdir. İcra sənədində qeyd edilən əmlaklar hərrac yolu ilə satılıb, əldə edilmiş pul "xxxx" ASC-yə verilmiş, təxminən 94000 ABŞ dolları borcu qalmışdır. Həmin icra sənədi üzrə qalıq borc onun tərəfindən icra edilməsi mümkün deyildir. Belə ki, ipoteka ilə yüklü edilmiş əmlak onun tərəfindən digər şəxsə satılmış və həmin şəxs borcu ödəməyi öz üzərinə götürmüşdür. Bundan əlavə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-216/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə ondan cəmi 71977.65 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməli olduğu, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka yüklü edilmiş, ona məxsus olan “Mercedes Benz S500” minik markalı, 90-SP- 690 dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməli olduğu, avtomobilin açıq hərracda satılaraq əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün tələbkar "xxxx" ASC-yə ödənilməli olduğu, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ona qaytarılmalı olduğu, ondan 11629 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq tələbkar X4 xeyrinə ödənilməli olduğu müəyyən edilmişdir. Qeyd edilən icra sənədində qeyd edilən avtomobil hal-hazırda onda olmadığı üçün hərrac yolu ilə satılması üçün icra məmuruna təqdim edə bilməmişdir. Bu səbəbdən həmin icra sənədi üzrə tələbi icra edə bilməmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 667/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə oğlundan 35883 ABŞ dolları məbləğində borc, hüquqi yardıma görə 250 manat, dövlət rüsumuna görə 30 manat və notariat xərcinə görə 11.50 manat alınaraq tələbkar X5 ödənilməli olduğu müəyyən edilmişdir. O, qeyd edilən icra sənədi üzrə Firidun Ələkbərova 6940 ABŞ dolları ödəmiş, lakin maddi imkanı aşağı olduğu üçün borcunu tam ödəyə bilməmişdir. Hal-hazırda maddi imkanı aşağı olduğu üçün qeyd edilən icra sənədləri üzrə tələbləri icra edə bilməmiş, borcunu verə bilməmişdir. Göstərilənləri nəzərə alıb məhkəmədə ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-667/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 35883 ABŞ dolları məbləğində borc, hüquqi yardıma görə 250 manat, dövlət rüsumuna görə 30 manat və notariat xərcinə görə 11.50 manat alınaraq ona ödənilməli olduğu müəyyən edilmişdir. Şəxs qeyd edilən icra sənədi üzrə ona 6940 ABŞ dolları pul ödəmiş, qalan məbləği isə ödəməmiş, əsassız yeri borcunu ödəməkdən yayınmışdır. O, Şəxs borcu ödəməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi X10 bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-216/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 71977.65 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka yüklü edilmiş, borclu Şəxs məxsus olan “Mercedes Benz S500” minik markalı, 90-SP- 690 dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməlidir. Avtomobil açıq hərracda satılaraq əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Şəxs qaytarılmalıdır. Şəxs Qəmət oğlu qeyd edilən icra sənədi üzrə borcunu ödəməkdən yayınır, icra sənədi üzrə tələbi icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırdır. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Azər-Türk Bank ASC-nin nümayəndəsi X15 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4173/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs və "xxxx" MMC-dən müştərək qaydada 213678.86 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Tələb ipoteka qoyulmuş Şəxs məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməlidir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə qeyriyaşayış binası və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-yə yönəldilməlidir. İcra sənədində qeyd edilən əmlaklar hərrac yolu ilə satılaraq əldə edilmiş vəsait bankın hesabına köçürülmüş, Şəxs icra sənədi üzrə banka 94000 ABŞ dolları borcu qalmışdır. Şəxs icra sənədi üzrə borcu ödəməkdən yayınır. Qeyd edilənlərə əsasən məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4173/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs və "xxxx" MMC-dən müştərək qaydada 213678.86 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Tələb ipoteka qoyulmuş Şəxs məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməlidir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binası və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-yə yönəldilməlidir Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-216/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 71977.65 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka yüklü edilmiş, borclu Şəxs məxsus olan “Mercedes Benz S500” minik markalı, 90-SP- 690 dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməlidir. Avtomobil açıq hərracda satılaraq əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Şəxs qaytarılmalıdır. X1 11629 ABŞ dolları məbləğində pul vəsaiti tələbkar X4 xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-667/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 35883 ABŞ dolları məbləğində borc, hüquqi yardıma görə 250 manat, dövlət rüsumuna görə 30 manat və notariat xərcinə görə 11.50 manat alınaraq tələbkar X5 ödənilməlidir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4173/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-216/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-216/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4173/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-216/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-216/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4173/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-216/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 216/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və borcunu maddi imkanı aşağı olduğu üçün ödəmədiyini bildirmişdir. Məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar