Məhkəmə qərarları › İş №3(001)-3694/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3694/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3694/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, qərardan şikayət vermiş şəxs X5 iştirakları ilə, X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X8 şikayətini onunla əsaslandırmışdır ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmiş və bunun əsasında 03 may 2023-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1. maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərarda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Y\M-də yerləşən beton zavodunun fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması göstərilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Qeyd olunmalıdır ki, zavodun fəaliyyəti zamanı zərərli tullantıların miqdarı norma daxilində olmuşdur, inzibati araşdırma zamanı heç bir obyektiv araşdırma aparılmamışdır, araşdırma zamanı onun iştirakı təmin edilməmişdir və nəticədə əsassız qərar çıxarılmışdır. AR İXM-nin 233.1, 100.1.7, 100.1.8, 100.3, 100.4-cü maddələrinə əsaslanaraq, əməlində inzibati xəta törədilməsi halı olmadığını, qanunvericiliyin tələblərinin kobud şəkildə pozularaq əsassız qərar qəbul olunduğunu qeyd etmişdir.Odur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X8 şikayətin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, o həmin beton zavodunda əvvəllər fəaliyyət göstərmişdir, lakin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman onun həmin beton zavodunun fəaliyyəti ilə heç bir əlaqəsi olmamışdır. Həmin beton zavodunu o 2022-ci ilin yanvar ayınadək icarə müqaviləsi əsasında işlətmişdir. Belə ki, ona məxsus VÖEN-dən də görünür ki, o həmin beton zavodla bağlı fəaliyyətini dayandırmışdır. Beton zavodunun mülkiyyətçisi X4r. Buna baxmayaraq, inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman kifayət qədər araşdırma aparılmamış, inzibati tənbeh vermə haqqında qərar əsassız olaraq onun barəsində tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, 03 aprel 2023cü ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərazidə fəaliyyət göstərən beton zavodundan çıxan tullantıların küçəyə atılması, həmin tullatıların yağış suları nəticəsində yuyulması nəticəsində yer quruduqdan sonra toz halında qalması və sakinlərin toz-torpaqdan şikayətlənməsi ilə bağlı müraciət daxil olmuşdur. Bu müraciət əsasında sözügedən beton zavodunda yoxlama aparılmış və 18 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta faktı əsasında aparılmış inzibati araşdırma ilə bağlı X8 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuş, lakin aparılan inzibati icraatda o, iştirak etməmişdir. Aparılmış inzibati araşdırma nəticəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar ilə İXM-nin 233.1-ci maddəsi ilə inzibati qaydada 2500 manat məbləğində cərimlənmişdir. Odur ki, qanunvericiliyin tələblərinə riayət olunaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunub icra olunması üçün Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X8 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli 17439 İD nömrəli müraciətdən görünür ki, vətəndaş Cəlilov Tofiq ərazidə fəaliyyət göstərən beton zavodundan çıxan tullantıların küçəyə atılması, həmin tullantıların yağış suları nəticəsində yuyulması nəticəsində yer quruduqdan sonra toz halında qalması və sakinlərin toz-torpaqdan şikayətlənməsi ilə bağlı müraciət ünvanlamışdır. “İnzibati xəta haqqında iş üzrə icraata” başlanılması haqqında 18 aprel 2023-cü il tarixli qərardaddan görünür ki, X5 barəsində İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, Ç-MG/2623-024 saylı məcburi göstərişindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən X6 məxsus beton zavodunda yoxlama aparılmış və xx.xx.2023-cü il tarixli 79244 saylı akt tərtib olunmuşdur. X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli Ç-B14/2623-321 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında aparılacaq inzibati araşdırma ilə bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuşdur. Xəbərnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, Ç-MG/2623-024 saylı məcburi göstəriş və xx.xx.2023-cü il tarixli Ç-B14/2623-321 saylı məktub “Həmidzadə” soyadlı şəxs 03 may 2023-cü il tarixdə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 233.1-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli, Ç-BM/2623-347 saylı məktubdan görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar ilə İXM-nin 233.1-ci maddəsi ilə inzibati qaydada 2500 manat məbləğində cərimlənməsinə dair məlumat ona göndərilmişdir. Xəbərnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, Ç-BM/2623-347 saylı məktub 16 may 2023-cü il tarixdə “Həmidzadə” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. X5 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasına əsas olmuş sözügedən beton zavodunun fəaliyyətinin dayandırıldığını və hazırda başqa şəxs tərəfindən işlədildiyini bildirmişdir. Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 488 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin Şimal küçəsinin qərb hissəsində yerləşən qeyri-yaşayış binası X3 tam mülkiyyətindədir. X3 etibarnamə üzrə nümayəndəsi X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 2016-cı ilin iyulundan 2022-ci ilin yanvarına kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal qərb hissəsi ünvanında fəaliyyət göstərən beton zavodunu icarəyə götürüb işlətmişdir. “Azemis” elektron-məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, X5 VÖEN statusu 2019-cu ildən “fəaliyyətini müvəqqəti dayandırmış” statusundadır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və şikayətə əlavə olunmuş sənədləri qarşılıqlı şəkildə araşdırararaq verilmiş şikayətin qismən təmin edilməsi, X8 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana geri qaytarılması nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, vətəndaş Cəlilov Tofiq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X10 fəaliyyət göstərən beton zavodunun fəaliyyətindən şikayət etmişdir. Həmin şikayət üzrə 18 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək 18 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edilmiş, 20 aprel 2023-cü il tarixdə icrası məcburi olan göstəriş verilmişdir. Həmin göstərişdə müəssisənin fəaliyyətinə dair ekoloji normativ sənədlərin (ekoloji pasport, atmosferə atılan zərərli maddələrə xüsusi icazə, atıla bilən tullantı həddi normativ layihə sənədi, ətraf mühitin mühafizəsinə dair tədbirlər planı) alınması təmin edilməli, atmosfer havasına atılan tullantıların norma həddinə endirilməsi məqsədilə qurğu və filtrlərin reqlamentə uyğun istismar edilməsi üçün zəruri tədbirlər görülməsi təmin edilməli, hər il üçün 2 TG(hava, su, tullantı) rəsmi statistik hesabatlarının razılaşdıırlması tapşırılmış və icra müddəti 30 gün 19 may 2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xəbərnamədən isə görünür ki, sözügedən inzibati xəta haqqında protokol və icrası məcburi olan göstəriş 03 may 2023-cü il tarixdə “Həmidzadə” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. X8 barəsində İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar da 03 may 2023-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, X8 icrası məcburi olan göstəriş və inzibati xəta haqqında iş üzrə icraatın apaılması barədə məlumatı rəsmi şəkildə aldığı gün də onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, beləliklə onun iştirakı təmin edilmədən, törədilmiş inzibati xəta ilə bağlı izahatı alınmadan, həmin beton zavodunun həqiqətən onun istofadəsində olub-olmaması məsələsi aydınlaşdırılmadan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan sonra şəxs barəsində qəbul edilmiş həmin inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə minmədən eyyni tarixdə də X6 qərarın surəti icra edilməsi üçün göndərilmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olunmuşdur ki, X8 onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunduqdan sonra 14 iyun 2023-cü il tarixdə izahat vermiş, həmin izahatında sözügedən beton zavodunun fəaliyyətinin dayandırıldığını və hazırda başqa şəxs tərəfindən işlədildiyini bildirmişdir. Bundan başqa, zavodu icarəyə verən X7 da X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal qərb hissəsi ünvanında fəaliyyət göstərən beton zavodunu 2016-cı ilin iyulundan 2022-ci ilin yanvarınadək icarəyə götürüb işlətdiyini bildirmişdir. Eyni zamanda X6 məxsus ********** saylı VÖEN-in 2019-cu ildən “fəaliyyətini müvəqqəti dayandırmış” statusunda olması müəyyən olunmuşdur. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan, yuxarıda qeyd edilən xüusatlar araşdlrılmadan, X1 beton zavodunun fəaliyyətində faktiki iştirak edib-etməməsi aydınlaşdırılmadan, inzibati xətauya dair aparılan araşdırmada onun iştirakı təmin edilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X8 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X5 əməlində inzibati xəta olubolmaması, sözügedən inzibati xətanın törədilməsində onun təqsirinin olub-olmaması məsələsi yenidən araşdırılaraq müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X8 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 03 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar