Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3695/2024 10.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X13 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 30 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 30 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, X21 Xidmətinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməlidir. Belə ki, Bakı şəhər Binəqədi rayon prokurorluğu "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə materialara Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış və Binəqədi Rayon Məhkəməsinin 3(001)-27xx/xx/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 192.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir Məhkəmə bu halı mütləq nəzərə almalıdır ki, Binəqədi Rayon Məhkəməsinin icraatında baxılmış "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı iş ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat materialları üzrə başlanılmış araşdırma faktiki olaraq eyni məzmunludur. Qeyd edir ki, X4 və X5 X7 “abdominolplastika, qarın nahiyəsinin liposaksiyası” cərrahiyyə əməliyyatının icra edilməsinə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında çıxış edən X3 şikayəti müdafiə edərək və şikayətdə göstərilənləri nəzərə alaraq X21 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 30 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq X21 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də, məhkəmə İnzibati orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və iş materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 30 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X17 tərəfindən X8 və X19 2024-cü iıom yanvar ayı ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişlər.Nəticədə F.Tahirov Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4 000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2766/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilmişdir və həmin qərar mübahisələndirilmədiyindən qanuni qüvvəsini almışdır. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə yaranır.Lakin iş materiallarından da göründüyü kimi X14 və X10 xx.xx.2024-cü il tarxdə “Vimay” tibb mərkəzində X6 üzərində keçirilmiş “abdominolplastika, qarın nahiyyəsinin liposaksiyası” cərrahiyyə əməliyyatında həkim-konsultant kimi iştirak etmiş, X9 və X10 həmin tibb mərkəzində 2024-cü ili yanvar ayı ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişlər. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X2 həkim mamaginekoloq vəzifəsində işləyən X9 və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim mama-ginekoloq vəzifəsində işləyən X10 xx.xx.2024-cü il tarixdə “VİMAY” tibb mərkəzində X6 üzərində keçirilmiş “abdominolplastika, qarı nahiyəsinin liposaksiyası” cərrahiyyə əməliyyatında həkim-konsultant kimi iştirak etmiş, X9 və X10 həmin tibb mərkəzində işləməmiş, sonuncularla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında işçi işəgötürən münasibətləri olmamışdır. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır.Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun.Lakin, hazırki iş üzrə vəzifəli şəxs X11 təqsiri müəyyən olunmur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, X11 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə verilmiş şikayət üzrə araşdırma apararaq, sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 30 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şikayət təmin edilsin. X17 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 30 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3695/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3695/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver