Məhkəmə qərarları › İş №3(001)-3696/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3696/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3696/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X3 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXM-nin 157 və 510-cu maddələri ilə təqsirli bilinməklə barəsində 600 (altı) yüz manat cərimə tətbiq edildiyini bildirmiş və məhkəmədən hadisənin obyektiv şəkildə məhkəmə qaydasında araşdırılmasının təmin edilməsini, polis əməkdaşlarının qanunsuz və təzyiq dolu davranışlarına hüquqi qiymət verilməsini, 600 manat cərimənin ləğv edilməsini, 300 manat ödənilmiş məbləğin geri qaytarılmasını, onun və ailəsinin təhlükəsizliyinin təmin olunmasını, onu təhqir edən, fiziki zorakılıq göstərən və böhtan atan X2 məsuliyyətə cəlb edilməsini, sağlamlığıa zərər vurulması və ləyaqətinin, işgüzar nüfuzunun alçaldılması ilə ona dəyən mənəvi zərər görə X1 təzminat tutulmasının təmin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarının baxılmağa hazırlanması müəyyən edilmişdir ki, X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X4 barəsində hər hansı inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının, tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin, əgər qərar qəbul edilmişsə hansı səlahiyyətli orqan tərəfindən qəbul edilməsinin müəyyən edilməsi mümkün deyildir və sonuncu barəsində tənbeh tətbiq edilməsinə dair qərar varsa belə, həmin qərar iş materiallarına əlavə olunmamışdır. Bundan başqa mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması və inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi zəruridir. Çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. X4 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar varsa, həmin qərar iş materiallarına əlavə olunmalı, bundan sonra məhkəməyə müraciət olunmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, X4 şikayətində qərarın ləğv edilməsi ilə yanaşı məhkəməyə digər xahişlər də ünvanlanmışdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən xahişlərdən yalnız inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi inzibati xəta haqqında iş üzrə icraat zamanı baxıla bilər. Digər məsələlərlə bağlı isə aidiyyəti qurum və aidiyyəti məhkəmə kollegiyasına müraciət edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X3 verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar