Məhkəmə qərarları › İş №3(001)-372/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-372/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-372/2021 03.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 19:45 radələrində idarə etdiyi “X7” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu S.S.Axundov küçəsi istiqamətindən üzü Elit ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən işıqforda dayanmış, “Kia” markalı **-XH-*** dövlət nömrə nişanlı avtomaşına arxadan dəyərək, X1 qısa müddətə pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə İXP №3663356 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin idarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə işə Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərmişdir ki, “X7” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusudur və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir, xx.xx.2020-ci il tarixdə saat 19 -45-də idarə etdiyi avtomaşınla Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi istiqamətindən üzü Elit ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən işıqforda dayanmış “Kia” markalı **-XH-*** dövlət nömrə nişanlı avtomaşına arxadan dəymiş, yaşadığı ünvana əsdiyindən idarə etdiyi avtomaşını sürərək hadisə yerindən yayınmışdır. O, törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirdiyini, bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon X3 şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş İXP №3663356 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon X3 şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunmuşdur. Ekspertizanın xx.xx.2002-ci il tarixli rəyinə əsasən vətəndaş X2 bədənində aşkar olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə nəqliyyat vasitəsinin sürücüləri qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə nəqliyyat vasitəsinin sürücüləri yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə nəqliyyat vasitəsinin sürücüləri iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXMnin 327.6 və 327.8-ci maddələri ilə tövsif edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əvvəllər inzibati xəta törətmədiyini, əməlində məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edirəm ki, o, nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmadan da, qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilə və tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısı alına bilər, inzibati tənbeh tədbirinin qeyd edilənlər nəzərə alınmaqla təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Odur ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlər əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar