Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3729/2022 14.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X24 katibliyi ilə, Salam-X18 EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Salam-X18 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X21 oğlu şikayətini onunla əsaslandırmışdır ki, o, “VAZ-21074” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Onun xəbəri olmadan xx.xx.2021-ci il tarixdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək cərimə edilmişdir. Həmin qərar indiyə kimi ona təqdim edilməmişdir. Baş X28 İdarəsinə sorğu ilə müraciət etdikdən sonra həmin məlumat ona cədvəl şəklində təqdim edilmişdir. Belə ki, ona təqdim edilmiş cədvələ əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməklə təqsirli bilinərək xx.xx.2021-ci il tarixli qərar ilə İXM-in 469.3-cü maddəsinə əsasən cərimə edilmişdir. Qeyd olunan protokol və barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərarı əsassız, ədalətsiz və qanunsuz hesab edir. Törətmədiyi xətaya görə barəsində tətbiq edilən inzibati tənbeh tədbiri ləğv olunmalıdır. Hesab edir ki, onun barəsində çıxarılan qərar ləğv olunmalı və yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətmiş X15 inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, o, Bakı şəhəri 43 saylı Notariat Ofisində xx.xx.2014-cü il tarixdə avtomobili (VAZ-21074 markalı, dövlət qeydiyyat nömrəsi **-UZ-*** ) X11 etibarnamə ilə satmış və ona xx.xx.2014-cü il tarixdə reyestrdə 6225 nömrəsi ilə qeydiyyatdan keçib, informasiya sisteminə daxil edilmiş etibarnamə vermişdir. Həmin tarixdən avtomaşın onda olmayıb və hazırda da avtomaşının harada olmasından xəbəri yoxdur. Şikayətçi Salam-X20 və inzibati tənbeh vermə haqqında qərarı çıxarmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə Salam-X18 və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, şikayətçi X21 oğlu və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X21 oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, “VAZ 21074” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən X4 adına qeydiyyatdadır. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, X13 “VAZ 21074” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə hüququnu X11 etibar etmişdir. “Vaz 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş çıxarışdan görünür ki, “Vaz 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olmuş, həmin avtomobilə dair mülkiyyətçi tərəfindən X6 xx.xx.2008-ci il tarixdən xx.xx.2038-ci il tarixə kimi etibarnamə verilmiş, daha sonra X12 tərəfindən xx.xx.2012-ci il tarixdə xx.xx.2038-ci il tarixə qədər X1, X5 tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2038-ci ilə kimi X10, X13 tərəfindən 03 oktyabr 2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X3, X7 tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2017ci il tarixədək X11 etibarnamə verilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət qismən təmin edilməli, X8 barasində qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, “Vaz 21074” minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil Salam-X18 istifadəsində xx.xx.2012-ci il tarixdən 03 oktyabr 2012-ci il tarixə qədər olmuş, 03 oktyabr 2012-ci il tarixdə isə onun tərəfindən həmin avtomobilə dair xx.xx.2014-cü il tarixədək X3 etibarnamə verilmişdir. Həmin avtomobilə dair 26 mart 2014-cü il tarixdən 23 oktyabr 2017-ci il tarixə qədər X11 etibarnamə verilmiş və sonuncu dəfə onun istifadəsində olmuşdur. Buna baxmayaraq inzibati tənbehvermə haqqında qərar onun barəsində qəbul edilmişdir. Belə ki, şikayətçi X13 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman həmin nəqliyyat vasitəsinin onun istifadəsində olub-olmadığı məsələsi aydınlaşdırılmamış, yalnız həmin avtomobilə dair mülkiyyətçi X9 tərəfindən X8 adına verilmiş etibarnamənin qüvvədə olması əsas götürülməklə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X21 oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməli, şikayət qalan hissədə isə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3729/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3729/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver