Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-373/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ HakimMəmmədov Vüqar Nemət oğlunun sədirliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, xx.xx.1967-ci ildə Ermənistan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X3 daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs xx.xx.2020-ci il tarixdə “Mercedes Benz 230” minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməmiş, bundan başqa nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X5 tərəfindən inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X4 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Şəxs və İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan xx.xx.2020-ci il tarixli X1 Etmək üçün X2 istifadə etmək haqqında İXP ******* saylı protokoldan görünür ki, “ACE-Z” markalı İN-642086 nömrəli sərxoşluq vəziyyətini təyin edən X2 istifadə edilməklə Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli alkotestrdən çıxarışdan görünür ki, Şəxs 0,427% alkoqol aşkar edilmişdir. İş materiallarında olan X1 etmək üçün X2 istifadə etmək haqqında HR ******* saylı protokoldan görünür ki, Dünyamalıeyv Könül Abbas oğlu protokolda qeyd apararaq göstərmişdir ki, o, pivə qəbul etmişdir, etdiyi hərəkətə görə peşimandır, birdə içkili maşın sürməyəcək, xahiş edir üzürlü hesab edilsin, heç bir narazılığı yoxdur, alkotestlə tanış olub. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, Şəxs tərəfindən Azərbaycan Respubllikasını İnzibati Xətalar Məcələsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu barədə xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXMnin 329.1 və 333.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Hesab edirəm ki, Şəxs daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikası İXMin 333.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Sərxoş vəziyyətdə avtomaşınları idarə edən sürücülər tərəfindən törədilən yol nəqliyyat hadisələrində çox saylı insan təlafatlarının olmasını, sərxoş halda avtomaşınları idarə edən sürücülərin həm özləri həm də ətrafdakılar üçün real təhlükə olmalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmasına dair inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 333.1ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-373/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-373/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver