Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3735/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon X13 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon X13 İdarəsinin polis leytenantı X6 tərəfindən xx.xx.2023cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Suluitəpə qəsəbəsi R.Allahverdiyev küçəsində X3 idarə etdiyi “BMC” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şəxs idarə etdiyi “QAZ 3302” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilin sərnişini X4 YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. Hər iki avtomobilin sürücülərinin əməllərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında iştirak edən X5 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində oğlu Şəxs idarə etdiyi “Qazel” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində Bakı şəhəri, Binəqədi rayonu,Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi ilə Müşviqabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən, sərnişini olduğu avtomobillə sol tərəfdən R.Allahverdiyev küçəsinə çıxan yük avtomobili toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət aldığı üçün hadisə yerinə gəlmiş təcili yardımla 1 saylı Kiiniki Tibbi mərkəzə aparılmıdır. Məhkəmə iclasında iştirak edən Şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində “B,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, özünə məxsus “Qazel” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə Müşviqabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən, sol tərəfdən R.Allahverdiyev küçəsinə çıxan yük avtomobili onun hərəkət zolağına daxil olmuşdur. O, idarə etdiyi avtomobili saxlaya bilməmiş və avtomobillər toqquşmuşdur. Hadisə baş verən anda idarə etdiyi avtomobilin sürəti təxminən 15-20 km/saat olmuşdur. Toqquşma nəticəsində özü xəsarət almamış, lakin idarə etdiyi avtomobildə sərnişin qismində olan anası X5 xəsarət almışdır. Hadisədən əvvəl spirtli içki və ya psixotrop maddə qəbul etməmiş, sərxoş olmamışdır.Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Protokolu və ona əlavə edilmiş materialları araşdıraraq hesab edirəm ki, Şəxs İXMnin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 50-ci maddəsinin İ bəndinə görə, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini, müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, təqdim olumuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq “QAZ 3302 yük” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Şəxs tərəfindən ilk dəfə inzibati xəta törədilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Həmçinin, zərərçəkmiş şəxslərə izah edilməlidir ki, ona dəymiş zərərin ödənilməsi tələbinə dair məhkəmədə ümumi qaydada iddia qaldıra bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3735/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3735/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver