Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3739/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 qanuni nümayəndəsi Arxməmmədova Sevinc Mövsim qızının iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 qanuni nümayəndəsi Arxməmmədova Sevinc Mövsim qızının Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru polis kapitanı X5 tərəfindən qəbul edilən MN №0616301 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN №0551373 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 qanuni nümayəndəsi Arxməmmədova Sevinc Mövsim qızı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru polis kapitanı X5 tərəfindən qəbul edilən MN №0616301 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN №0551373 inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 qanuni nümayəndəsi Arxməmmədova Sevinc Mövsim qızı şikayətini onunla əsaslandırmışdır ki, qızı X6 barəsində xx.xx.2020-ci il tarixində tərtib edilmiş MN №0616301 saylı qərar əsassızdır. Belə ki, qərarda qeyd edilmişdir ki, güya, qızı xx.xx.2020-ci il tarixində Biləcəri qəsəbəsində icazəsiz gəzərkən karantin qaydalarını pozmuş, lakin hər-hansısa qaydanı pozmamış və o, hər zaman Bakı şəhəri üzrə elan edilmiş karantin qaydalarına, az yaşlı olsada belə əməl etmişdir. Lakin qeyd edilən tarixdə yəni xx.xx.2020-ci il Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən onun şəxsiyyət vəsiqəni yoxlayıb qaytararkən, onun barəsində karantin qaydalarını pozduğuna görə MN №0616301 saylı protokol tərtib edildiyi bildirilmiş, o öz növbəsində Yol Patrul Xidmətinin əməkdaşına cavab olaraq hər-hansısa qaydanı pozmadığını bildirərək öz etirazını bildirmiş, o az yaşlı olduğunu, hələ on altı yaşı olduğunu, səksən dörd yaşlı 1-ci qrup əlil olan nənəsinin dərmanlarını almaq üçün həyətə düşmüşdüyünü, nənəsi X2 görmə qabiliyyətini itirdiyi üçün onun yaninda qalaraq ona köməklik etdiyini bildirmiş, ancaq buna baxmayaraq Yol Patrul Xidmətinin əməkdaşı onun protokola imza atamayacağı təqdirdə məcburi olaraq 6-ci polis bölməsinə aparacığını deyərək hədələmiş, adını bilmədiyi Polis əməkdaşının sözlərindən sonra, qorxudan qeyd edilən protokola "karantin rejim qaydalarına əməl edəcəm" qeydi edərək imza etmiş, imza etdiyi sənədin həyəcanlı olduğu üçün və az yaşlı olduğu üçün nə olduğunu anlamayıb həmin sənədin sadəcə xəbərdarlıq daşıdığını zənn etmişdir. Lakin sonradan yaşadığı ünvana Binəqədi rayon icra və probasiya şöbəsindən bildiriş göndərilmiş məlum olmuşdur ki, barəsində xx.xx.2020- ci il tarixli MN №0616301 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən, AR İXM- nin 211ci maddəsinə əsasən 100 manat cərimə edilib. X11, hec yerdə işləmədiyini, təqaüdçü səksən dörd yaşlı 1-ci qrup iki gözlərindən əlil nənəsinin yanında yaşadığını, ona qulluq etdiyini, həmin gündə onun dərmanlarını almaq üçün onların məhəlləsində yerləşən aptekə getdiyini bildirərək, qızı X6 barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X3 qanuni nümayəndəsi Arxməmmədova Sevinc Mövsim qızı şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi X4 tərəfindən qəbul edilən MN №0551373 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərardan həmçinin görünür ki, X6 xx.xx.2020-ci il tarixində, saat 10:15-də Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində icazəsiz evdən çıxaraq karantin rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 aprel tarixli 147 nömrəli qərarının 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. Həmin qərarın 1.5-ci maddəsininin 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 120 nömrəli Qərarının 4-cü hissəsinə əsasən fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin MN №0551373 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını haqlı olaraq qəbul edir. Belə ki, Azərbaycan Respublikası ərazisində yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməsinin tətbiq olunduğu vaxt, X1 icazə almadan küçədə olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin MN №0551373 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün hər hansı əsas olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 qanuni nümayəndəsi Arxməmmədova Sevinc Mövsim qızının Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin MN №0551373 saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-3739/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3739/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver