Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3746/2023 06.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Baş Polis İdarəsi DYPİ-nin polis kapitanı X5 tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolda onun tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Baş Polis İdarəsi DYPİ -dən istifadəsində olan mobil nömrəyə (***-***-**-**) zəng edilib, mülkiyyətində olan **-OL-*** qeydiyyat nişanlı, “Mercedes Benz E350” markalı avtomobilini onun idarə etməsini dəqiqləşdirmişdirlər və xx.xx.2023-cü il tarixdə inzibati xəta törətməyi ilə bağlı idarəyə dəvət edilmiş, əgər gəlməsə protokol tərtib ediləcəyi deyilmişdir. Lakin bunun İXM 121-ci və 122.5-ci maddəsinə əsasən qanunsuz olduğunu deyərək dəvətdən imtina etmiş, qanun çərçivəsində törətdiyi xəta ilə bağlı inzibati protokol tərtib etmələrini xahiş etmişdir. İnzibati xətanın xx.xx.2023-cü ildə törədildiyi qeyd olunur və xx.xx.2023 (İXP 5424275) tarixdə protokol tərtib edilir, bu haqda məlumat xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. İnzibati xətanın törədilməsini sübut edən heç bir fotoşəkil və videogörüntü isə əlavə olunmamışdır. xx.xx.2023-cü il tarixində yazılmış prokollardan şikayət etmiş lakin 2 aydan artıq müddət keçməsinə baxmayaraq qeydiyyatda olduğu, yaşadığı ünvana şikayətin cavab məktubu gəlməmişdir, xx.xx.2023-cü il tarixdə cavab məktubunu və protokolların nüsxəsini özü şəxsən götürmüşdür. İXP ******* nömrəli protokol əsasında xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən o İXM-nin 327.2-ci maddəsinə əsasən, 60 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qeyd edilən qərar məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edildiyinə görə icraata xitam verilməli və qərar ləğv edilməlidir. Odur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş, Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarını ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 izahat verərək bildirmişdir ki,. Həmin vaxt avtomobili o şəxsən özü idarə etmişdir və onun tərəfindən qeyd edilən inzibati xəta törədilmişdir. Lakin inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, sözügedən inzibati xəta xx.xx.2023-cü il tarixdə törədilsə də, həmin vaxt faktiki olaraq ona hər hansı bir protokol barədə bildiriş gəlməmişdir. Halbuki, dərhal protokol tərtib olunmalı və 1 gün ərzində foto və videogörüntü sistemə yerləşdirilməli idi. Odur ki, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. AR DİN Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etirazla müraciət edərək bildirmişdir ki, Bakı şəhəri BPİ-nin yol hərəkətinə nəzarət şöbəsinin operatoru polis serjantı Aslan Dadaşov DİN "Təhlükəsiz Şəhər" xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv video görüntülərinə baxış zamanı yol hərəkəti qayda pozuntularını aşkar edərək 15 may 2023-cü il tarixində raportla müraciət etmişdir. Bakı şəhəri BPİ DYPİ-nin səlahiyyətli vəzifəli şəxsi polis kapitanı X5 tərəfindən 15 may 2023-cü il tarixində qərardad qəbul edilərək inzibati araşdırmaya başlanılmışdır. Bundan sonra X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol və tənbeh verma haqqında qərar qəbul edilmişdir. Belə ki, hazırki icraat İXM-nin 99.1.1-ci maddəsinin tələbinə uyğun olaraq aparıldğından İXM-nin 38.6-cı maddəsinin tələbi yalnız xüsusi texniki vasitə ilə aşkar edilmiş qayda pozuntularına aid edilir. Göründüyü kimi idarənin səlahiyyətli vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq inzibati araşdırma aparılmış, sürücü X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş qərar tam qanuni və əsaslıdır. Odur ki, X2 şikayətinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq AR DİN Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR DİN Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan görünür ki, X3 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Video-diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, “Mercedes Benz E350 minik” markalı, 10OL025 qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuşdur. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhər BPİ DYPİ YHNŞ-nin operatoru, polis serjantın Aslan Dadaşov DİN “Təhlükəsizlik şəhər” xidmətinin müşahidənəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv video görüntülərinə baxış keçirən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını aşkar etmişdir. xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması barədə” qərardan görünür ki, 10OL025 qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulması aşkar edildiyindən inzibati araşdırılma aparılmağa başlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin fikirlərini dinləyərək, belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X1 ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Maddənin tələbindəndə göründüyü kimi, sadalanan maddələr üzrə xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalarla bağlı şəxsin iştirakı olmadan elektron formada inzibati tənbeh vermə haqqında qərar çıxarılır və dərhal BDYPl-nin X1 yerləşdirilməklə Asan pay vasitəsi ilə şəxsin mobil nömrəsinə sms göndərilir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raport və xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması barədə” qərardan göründüyü kimi şikayət vermiş şəxs tərəfindən törədilmiş qayda pozuntusu bilavasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmişdir. Belə olan halda, İXM-nin 38.6-cı maddəsinin tələbi yalnız xüsusi texniki vasitə ilə aşkar edilmiş qayda pozuntularına aid edildiyindən, hazırki icraat İXM-nin 99.1.1-ci maddəsinin tələbinə uyğun olaraq aparıldığından xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərar əsaslı və qanuni olaraq qəbul edilmişdir. Şikayətdə məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qərar qəbul edilməsi qeyd edilsə də, məhkəmə həmin hissəyə münasibətdə qeyd edir ki, İXM-nin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarında görünür ki, inzibati xəta xx.xx.2023-cü il tarixdə törədilmiş, inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Aydın şəkildə görünür ki, səlahiyyətli orqan tərəfindən İXM-nin 38-ci maddəsinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X6 оğlu Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.2-ci mаddəsi ilə təqsirli bilinib, 60 (altmış) manat inzibаti cərimə tətbiq еdilməsinə dаir xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin əməlin onun tərəfindən törədildiyini etiraf etdiyindən və bütün bunlar iş materialları ilə təsdiq olunduğundan həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X6 оğlu barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3746/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3746/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver