Məhkəmə qərarları › İş №3(001)-3747/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3747/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3747/2023 18.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X9 idarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, Bakı şəhəri DYPİ-nin polis kapitanı X5 tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolda onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) törətdiyi qeyd edilmişdir. İnzibati xətanın törədildiyi yer olaraq Binəqədi şossesi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə heç bir polis əməkdaşı ona inzibati xəta törətməyi ilə bağlı saxla əmri verməmiş və törətdiyi inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə BDYPİ-dən istifadəsində olan mobil nömrəyə (070- 277-72-76) zəng edilib, mülkiyyətində olan **-OL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E350” markalı avtomobili onun idarə etdiyi dəqiqləşdirilmiş və xx.xx.2023cü il tarixdə inzibati xəta törətməyi ilə bağlı BDYPİ-yə dəvət edilmiş, əgər gəlməsə protokol tərtib edəcəklərini demişlər. Lakin o, bunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121 və 122.5-ci maddələrinə əsasən qanunsuz olduğunu deyib dəvətdən imtina etmiş, qanun çərçivəsində törətdiyi xəta ilə bağlı inzibati protokol tərtib etmələrini demişdir. İnzibati xətanın xx.xx.2023-cü ildə törədildiyi qeyd olunmuş və xx.xx.2023-cü il (İXP 5421266) tarixdə protokol tərtib edilmiş, bu haqda məlumat xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. İnzibati xətanın törədilməsini sübut edən heç bir fotoşəkil və videogörüntü əlavə olunmamışdır. İXP ******* nömrəli protokol əsasında Bakı şəhəri DYPİ-nin polis kapitanı X5 tərəfindən xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, 100 manat məbləğində cərimə edilmişdir. Yaranmış problemlə əlaqədar DİN-in Baş X10 idarəsinə müraciət etmiş və Bakı şəhəri Baş Polis idarəsinin DYPİ tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə “Yol hərəkəti haqqında” qanunun 6-cı maddəsinə əsasən məhkəməyə şikayət vermək hüququnun olduğu bildirilmişdir. xx.xx.2023-cü il tarixində yazılmış protokoldan şikayət etmiş, lakin 2 aydan artıq müddət keçməsinə baxmayaraq qeydiyyatda olduğu, yaşadığı ünvana şikayətin cavab məktubu gəlməmişdir, xx.xx.2023-cü il tarixdə cavab məktubunu və protokolların nüsxəsini özü şəxsən BDYPİ-yə gedərək götürmüşdür. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib, bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xəta onun tərəfindən törədilsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə tələbləri pozulmaqla qəbul edilmişdir. Odur ki, məhkəmədən Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X9 idarəsinin nümayəndəsi X3 bildirmişdir ki, DİN-in “Təhlükəsiz şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv video görüntülərinə baxış keçirilərkən “Mercedes” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-hərəkət qaydasının pozulduğu müəyyən edilmiş və yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitəsinin sürücüsünün müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılması ilə bağlı raportla idarə rəisinə müraciət olunmuşdur. İnzibati xəta ilə bağlı araşdırma aparılaraq X2 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinə zidd olaraq 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozması müəyyən edilmiş və X4 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, 100 manat məbləğində cərimə edilmişdir. Qanunvericiliyə əsasən yalnız foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə avtomatik rejimdə aşkar edilmiş yol hərəkəti qayda pozuntuları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarların və onların əlavələrinin bir gün ərzində nəqliyyat vasitələrinin istifadəçilərinin elektron kabinetinə yerləşdirilməsi nəzərdə tutulmuşdur. X4 tərəfindən törədilmiş qayda pozuntusu isə DİN-in "Təhlükəsiz Şəhər" xidmətinin müşahidə-nəzarət kameraları vasitəsilə qeydə alınmış görüntülər əsasında inspektor tərəfindən aşkar edilmişdir. Odur ki, sürücü X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslı olduğundan şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, DİN-in “Təhlükəsiz şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv video görüntülərinə baxış keçirilərkən raporta əlavə edilmiş siyahıda qeyd olunan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması aşkar edilmiş, yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitələrinin istifadəçilərinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılmasına göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması barədə” qərardan görünür ki, “Mercedes” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən İXM-nin 327.4-cü maddəsinin tələblərinin pozulması aşkar edildiyindən inzibati araşdırılma aparılmağa başlanmışdır. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 08:23-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda “Mercedes Benz E350 Minik” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Materiala əlavə edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X4 “Merecedes” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə, habelə 1.3 üfüqi nişanlanma xəttinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 08:23-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda “Mercedes Benz E350 Minik” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə, habelə 1.3 üfüqi nişanlanma xəttinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, qeyd edilən qayda pozuntusu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış görüntülər əsasında Bakı şəhər Baş Polis idarəsi X9 idarəsinin inspektoru tərəfindən aparılmış inzibati araşdırma nəticəsində aşkar edilmişdir. Göründüyü kimi X4 tərəfindən törədilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş qayda pozuntusu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, bilavasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin təsiri altına düşmür. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar