Məhkəmə qərarları › İş №3(001)-3754/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3754/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3754/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 və Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. X3 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, “Mercedes Bens C230” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüdür. xx.xx.2020-ci il tarixdə saat 18:05 radələrində idarə etdiyi avtomobil ilə yol-nəqliyyat hadisəsi baş vermiş və Bakı şəhəri DYPİ-nin əməkdaşı polis katitanı X1 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokolla razı deyildir. xx.xx.2020-ci il tarixdə saat 18:05 radələrində “Renault” markalı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yolun sol hərəkət zolağı ilə hərəkətdə olan (sxem 1 avtomobil) zaman məcburi dayanma əsasları olmadan və arxadan gələn nəqliyyat vasitələrini nəzərə almadan qəflətən tormozdan istifadə etmiş, nəticədə arxada hərəkətdə olan nəqliyyat vasitərləri ilə (sxem cədvəli 2 və 3 avtomobil) toqquşaraq zəncirvari yol nəqliyyat hadisənin baş verməsinə səbəb olmuşdur. Hadisədən sonra DYP əməkdaşları oraya gəlmiş və heç bir tədbir görməmişlər. Daha sonra X1 hadisə yerinə gəlmiş nəqliyyat vasitələrinin və sürücülərin sənədlərini toplayaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri DYPİ-də olmağımızı bildirmişdir. Lakin hadisə yerinə gələn polis əməkdaşları hadisə yerində heç bir araşdırma aparmamışdırlar. Protokol xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixi ilə tərtib olunmuş təqdim olunmuşdur. Birinci nəqliyyat vasitəsi (sxem üzrə) qəflətən tormozlamadan istifadə etmiş, ikinci nəqliyyat vasitəsi birinci nəqliyyat vasitəsinə dəymiş və sxem üzrə üçüncü nəqliyyat vasitəsi ikinci nəqliyyat vasitəsinə dəymişdir. Lakin müstəntiq tərəfindən üçüncü nəqliyyat vasitəsinin ikinci nəqliyyat vasitəsinə dəyməsi nəticəsində ikinci nəqliyyat vasitəsinin birinci nəqliyyat vasitəsinə dəymiş kimi qeydə almış və ara məsafə saxlamadığını bildirərək onu günahlandırmışdır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən məcburi dayanmanın əsasları (texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır;) göstərilmişdir. "Renault" Markalı avtomobil (sxem 1 avtomobil) qeyd olunan əsaslar olmadan və həmin qanunun 50-ci maddəsinin 5-ci bəndinin 3 hissəsi ilə yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağan olunmasına baxmayaraq qanunvericiliyini tələblərini pozaraq yolun sol hərəkət hissəsində hərəkətdə olarkən arxadan gələn nəqliyyat vasitələrini nəzərə almamış qəflətən sərt tormozlamadan istifadə edərək "qəsdən" qəza şəraiti yaratmış, nəticə də qəza baş vermişdir. İXM-in 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd olunan maddənin şərhindən görünür ki, hər bir sürücü yol hərəkəti qanunvericiliyinə əməl etməli, yolun sol hərəkət hissəsində məcburi dayanma olmadan qəflətən tormozlamadan istifadə etməməyi, həmçinin sürücü yolun hərəkət hissəsində manevr edərkən qanunvericiliyə uyğun hərəkət etmə qaydalarını bilməli və riayət etməli olduğu halda bunları etməməsi inzibati xətanı qəsdən törətmiş hesab olunur. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İnzibati Xətalar Məcəlləsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin qanunvericiliyə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Qeyd olunduğu kimi DYP-nin əməkdaşı X1 xx.xx.2020-ci il tarixdə hadisə yerinə getmişdir. Heç bir araşdırma aparmadan sənədlərini almış və xx.xx.2020-ci il tarixdə DYP-də olmasını bildirmişdir. xx.xx.2020-ci il tarixdə protokol tərtib olunmuş, lakin protokolun tarixi xx.xx.2020-ci il olmuşdur. Qanuncericiliyin tələblərinə əsasən protokol dərhal tərtib olunmalı və ya xüsusi araşdırma tələb olunan hallarda isə 2 gün müddətində tərtib edilməlidir. Protokol tərtib edirlərkən tərtib edildiyi günün tarixi yazılmalı və tərəflərə təqdim olunmalıdır. Baş vermiş hadisə ilə bağlı əlavə araşdırma tələb olunan hissəsi hadisə yerində olan kameralara baxmaqdır. xx.xx.2020-ci il tarixdə video görüntülərə baxmağı tələb etsə də, həmin görüntülər ona göstərilməmiş və sənədlərlə tanış olmaq hüquqları pozulmuşdur. Digər sürücülər barəsində hər hansı protokolun tərtib olunubolunmaması ilə bağlı heç bir məlumatı yoxdur. Lakin həmin videolar digər sürücülərə göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)- 2148/2020 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və yenidən baxılması üçün qərar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 göndərilmişdir. Həmin qərarın ləğv olunmasının səbəbi kimi məhkəmə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilən zaman iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl olunmamışdır. İşə yenidən baxılan zaman həmin xətalar yenə baş vermişdir. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 tərəfindən işə yenidən baxılması üçün ünvanına xx.xx.2020-ci il tarixdə idarədə olması ilə bağlı bildiriş göndərilmişdir. Üzrlü səbəbdən həmin tarixdə idarəyə gedə bilməmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 getdikdə ona xx.xx.2020-ci il tarixli qərar təqdim edilmişdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdə işə baxılmamış və işə baxılma xx.xx.2020-ci il tarixə təxirə salınsa da bu haqda ona məlumat verilməmişdir. Hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 yenə də işə baxarkən işin faktiki hallarına deyil öz fərziyələrinə əsaslanaraq, həmçinin maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq qərar qəbul etmişdir. Qeyd olunan səbəblər inzibati işə xitam verilməsi üçün əsasdır. Məhkəmə, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2148/2020 nömrəli qərarından görünür ki, X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 göndərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2148/2020 nömrəli qərarına əsasən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 tərəfindən yenidən araşdırma aparılmış və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati tənbeh olunmuşdur. Məhkəmə iclasında iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2148/2020 nömrəli qərarına əsasən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 tərəfindən yenidən araşdırma aparılmış və xx xxxxxxxx 2020-ci il tarixdə şikayət vermiş şəxsin iştirakı ilə araşdırmanın aparılması ilə əlaqədar X3 məlumatlandırılmışdır. Lakin verilmiş şikayət ərizəsində şikayətçi qeyd etmişdir ki, üzrlü səbəbdən həmin araşdırmanın aparıldığı gün idarəyə gedə bilməmiş və onun iştirakı olmadan qərar qəbul edilmişdir. Məhkəmə baxılan iş üzrə müəyyən edilmiş hallara münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalara dair qanunvericiliyin tələblərinə əsasən səlahiyyətli orqan tərəfindən barəsində icraat aparılan şəxsə məlumat verildikdə və həmin məlumatı aldıqdan sonra barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə aparılan zamanı iştirak etmədikdə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilir. Qeyd edilməlidir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 tərəfindən aparılmış araşdırma inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş və Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X3 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar