Məhkəmə qərarları › İş №3(001)-3755/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3755/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3755/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs narkotik vasitədən istifadə etdiyinə görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X5 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə, MN №0753634 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Həsənov X4 rayonu, Xocasən qəsəbəsində qeyri-qanuni psixotrop maddələrin istehlakı ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X5 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü Şəxs qızı X3 DİN-in 102 xidmətinə şikayət edərək atasının mütəmadi olaraq narkotik vasitə istifadəçisi olduğunu, evdə bütün əşyaları sataraq narkotikə verdiyini, ona pul verməyəndə dava salaraq onları döydüyünü, onunla birlikdə yaşamağın mümkünsüz olduğunu barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Tərəflərindən aparılmış araşdırma nəticəsində həqiqətən də Şəxs narkotik istifadəçisi olduğunu və evdə olan bir çox əşyaları sataraq narkotik vasitələr aldığının şahidi olmuşlar. S.X1 keçirilmiş və narkotik vasitə qəbul etdiyi aşkar edildiyini bildirərək məhkəmədən onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə inzibati həbs tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşmanlıq hissi keçirdiyini polis əməkdaşının məhkəmədə düzgün ifadə verdiyni bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2020-ci il tarixdə Narkoloji Mərkəzdə müayinədən keçirilərkən Şəxs sidiyində narkotik vasitə aşkar olunmuş və həmin tarixdə bu barədə 659 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN №0753634 saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZA №000731 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şəxs tərəfindən Binəqədi RPİ-nin 40-cı PB-nin rəisi polis polkovnik-leytenantı Ramil Cəbiyevə yazdığı izahatında iki ildir ki, narkotik vasitədən istifadə etdiyini və sonuncu dəfə xx.xx.2020-ci il tarixində Binəqədi rayonu, Xocasən qəsəbəsində olan zaman heroindən istifadə etdiyini təsdiq etmişdir. İş materiallarında olan X3 izahatından məlum olur ki, xx.xx.2020-ci il tarixdə atası Şəxs dəfələrlə onu, anasını və bacısını nalayiq ifadələrdən istifadə edərək təhqir etdiyini, atasının uzun müddət ərzində narkotik vasitələrdən istifadə etdiyini, evdə olan məyişət əşyalarını sataraq narkotik aldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan inzibati xəta olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməlidir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin narkotik istifadəçisi olmaqla ailə üzvlərinə qarşı şiddət tətbiq etdiyi, evdə olan məişət əşyalarını sataraq narkotik vasitə aldığı ailə üzvlərinə narahatçılıq yaratdığı məhkəmə prosesində təsdiq olunduğu üçün məhkəmə hesab edir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar