Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3755/2024 21.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Bakı Şəhər X9 İdarəsi tərəfindən (polis kapitanı X5) tamamı ilə qanunsuz və əsassız olaraq İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolu əsasında barəsidə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla 150 (bir yüz əlli) manat məbləğdə cərimə və 4 şərti bal tətbiq olunmuşdur. Bakı Şəhər X9 İdarəsinin əməkdaşı, polis kapitanı X3 tamamı ilə qanunsuz və əsassız olaraq qəbul etdiyi qərara əsasən guya X8 (əslində avtomobil onun tərəfindən idarə olunur) İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş tələbləri pozmaqla nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. xx.xx.2024-cü il tarixli İXP ******* protokol və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki; xx.xx.2024-cü il tarixində istifadəsində olan “+99***-***-**-**” və +99***-***-**-** mobil nömrələrinə “+99***-***-**-**” mobil nömrədən daxil olan zənglə “özünü Bakı Baş Dövlət Yol Polis İdarəsinin kapitanı Zaur Tağıyev” kimi təqdim edən şəxs ona xx.xx.2024-cü ildə Xətai rayonu, N.Rəfıyev küçəsində guya qoşa xəttin tələbinin iki dəfə pozduğunu, 300 manat cərimə edildiyini, pozuntunun “Təhlükəsizlik Şəhər” kameraları vasitəsi ilə qeydə alındığı, elə bu səbəbdən İdarəyə yaxınlaşmalı olduğu bildirmişdir. O, isə gələ bilməyəcəyini, həqiqətən inzibati xəta törətdiyi xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş və qeydə alınmışdırsa o zaman mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməli olduğunu izah etmişdir. Bu danışıqlarından təqribi 1 saat sonra telefonuna SMS daxil olmuşdur. SMS məlumatlandırmadan görünür ki, mesaj xx.xx.2024-cü il tarixində saat 14:37-də, +99***- ***-**-** mobil telefon nömrəsinə **-OP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin İXMin 327.4-cü maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğdə cərimə olunması barədə tərtib olunmuş “İXP6203036” nömrəli protokol barəsindədir. İnzibati xəta pozuntu üzrə qeydə alınmış foto və video materiallarla tanış olmaq məqsədi ilə qeydiyyatdan keçdiyim “SMSRadar”a və “ASAN ödəniş” baxıdıqda həmin materialların oraya ötürülmədiyini müşahidə etmişdir. Hələ də xüsusi texniki vasitələrin köməyi ilə “aşkar edilmiş” olan inzibati xətaya dair foto və video materiallar, elektron informasiya sisteminə bu günədək daxil edilməmişdir. Hətta artıq aşkar edilsə belə inzibati xətanın üzərindən uzun müddət keçdiyindən inzibati məsuliyyəti istisna edilir Habelə, foto və video materialların olmaması onda inzibati xəta törətmədiyi fikrini yaradır. Tərtib olunmuş protokol və qərar ona təqdim edilmədiyinə görə əldə edilməsi üçün Bakı Şəhər X9 İdarəsinə (108, 309-cu otaqlar) yaxınlaşmış və əldə etmişdir. Bu zaman təkrar olaraq “qeydə alınmış pozuntuya” tanış olmaq üçün foto və video materialları tələb etsə də, ona 1 (bir) aydan artıq vaxt keçdiyindən həmin materialların saxlanılmadığını bildirmişlər. xx.xx.2024-cü il tarixində inzibati tənbeh barədə SMS məlumatlandırma daxil olan kimi dərhal Azərbaycan Respublikası Daxili İşlər Naziri, cənab Vilayət Eyvazova və Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə şikayət ərizəsi ilə elektron qaydada ASAN imza vasitəsilə şikayət ünvanlamışdır. Lakin, şikayətinin üzərindən 1 (bir) aydan artıq müddət keçsə də hələ də baxılmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixində daxil olan SMS “DİN MƏLUMAT”da 3- 13/1-M- 352xx/xx/2024 nömrəli müraciətinin qeyd alındığı bildirilmişdir. Daha sonra şikayətin izlənməsi üçün SMS-lə təqdim olunmuş səhifəyə müxtəlif vaxtlarda 7 dəfə baxdıqda eyni məzmunlu “müraciətə baxılmaqdadır” kimi pəncərə açılmışdır. xx.xx.2024-cü il tarixində təkrar olaraq eyni dövlət orqanlarına təkrar şikayət ərizəsi ilə elektron qaydada ASAN İMZA vasitəsi ilə müraciət etmişdir. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib məhkəmədən Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə saat 17:26-da “VOLKSWAGEN TOUAREG MİNİK” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X8 barəsində Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, şikayət vermiş şəxs xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmiş inzibati xəta ilə bağlı görüntülər elektron kabinetə yerləşdirilməmiş və qərardan şikayət vermiş X2 təqdim edilməmişdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X6 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, aparılmış icraat zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3755/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3755/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver