Məhkəmə qərarları › İş №3(001)-3757/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3757/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3757/2023 12.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyündən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 iyul 2023-cü il tarixdə gecə saat 04 radələrində idarə etdiyi **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 11-ci km-də 5 zolaqlı avtomobil yolunun soldan 3-cü zolağı ilə Quba rayonu istiqamətində hərəkətdə olarkən manevr qaydasını kobud şəkildə pozaraq özündən sağa 4-cü zolağa təhlükəli manevr etmiş, bu zaman idarə etdiyi **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilin sağ yan hissəsi 4-cü zolaqla 50 km/saat sürətlə hərəkətdə olan vətəndaş X2 idarə etdiyi “Opel Astra” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsilə toqquşmuş, bundan sonra avtomobilin idarəetməsini itirərək yolun kənarındakı beton maneəyə çırpılmış, nəticədə **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobildə olan X7 üst dodağın selikli qişasının mərkəzinə və sol yarısına qansızma, alt dodağın selikli qişasının sağ yarısının, alt çənənin sağ yarısının cərrahi tikişi ilə əzilmiş yaraları, sağ dirsək oynağının və sağ saidin yuxarı 1/3-in arxa, sağ diz oynağının bayır, sol baldırın yuxarı 1/3-in ön və sağ baldırın aşağı 1/3-in, iç topuq nahiyyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almış, hər 2 avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X3 tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, qərarın surəti **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsi üçün Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün inspektoru polis baş serjantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə İXP seriyalı № ******* nömrəli 20 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, 11 iyul 2023-cü il tarixdə gecə saatlarında tanışı Rza Osmanov ondan xahiş etmişdir ki, içkili olduğu üçün özünə məxsus olan **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobili idarə edib onu evinə düşürsün. Rza ilə razılaşmış və həmin avtomobilin sükanı arxasına keçmişdir. Rza isə qabaq sağ oturacaqda oturmuşdur. Saat təxminən 04 radələrində idarə etdiyi **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 11-ci km-də 5 zolaqlı yolun soldan 3-cü zolağı ilə hərəkətdə olarkən Rza ona demişdir ki, yolun sağ hissəsinə keçməlidir. O, da sükanı sağa doğru çevirmiş, bu zaman idarə etdiyi avtomobilin sağ yan hissəsi digər zolaqla hərəkətdə olan “Opel Astra” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsilə toqquşmuş, bundan sonra o, avtomobilin idarəetməsini itirərək yoldan çıxıb beton maneəyə çırpılmışdır. X10 müxtəlif bədən xəsarətləri almış, avtomobillərə maddi ziyan dəymişdir. Hadisə zamanı spirtli içki təsirində olmamış, hadisədə özü təqsirli olmuşdur. Avtomobil idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİNin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdırıb, HK-1/753 nömrəli təhqiqat materialıını öyrənib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, HK-1/753 nömrəli təhqiqat materialında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində yol patrul xidməti inspektoru zəng edərək məlumat vermişdir ki, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 11-ci km-də avtomobillər toqquşmuşdur və xəsarət alan şəxs var. Araşdırma zamanı izahatı alınmış X4 göstərmişdir ki, taksi sürücüsü işləyir. 11 iyul 2023-cü il tarixdə gecə saat 04 radələrində özünə məxsus “Opel Astra” minik markalı **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 11-ci km-də 5 zolaqlı yolun soldan 4-cü zolağı ilə Quba rayonu istiqamətində hərəkətdə olarkən 3-cü zolaqla hərəkət edən **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilin sürücüsü qəflətən manevr edərək onun getdiyi yola çıxmış, məsafə az olduğundan qəzadan yayına bilməmiş, avtomobillər toqquşaraq, **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil yoldan çıxıb beton maneəyə dəyib dayanmışdır. Hadisə nəticəsində xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, 11 iyul 2023-cü il tarixdə gecə saatlarında tanışı Şəxs xahiş etmişdir ki, içkili olduğu üçün **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobili idarə edib onu evinə düşürsün. Onur onunla razılaşmış və həmin avtomobilin sükanı arxasına keçmişdir. Özü isə qabaq sağ oturacaqda oturmuşdur. Saat təxminən 04 radələrində Onur idarə etdiyi **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 11-ci km-də Quba rayonu istiqamətində hərəkətdə olarkən ona demişdir ki, yolun sağ hissəsinə keçməlidir. Bu zaman Onur sağa kəskin dönüş etmiş, idarə etdiyi avtomobilin sağ yan hissəsi digər zolaqla hərəkətdə olan “Opel Astra” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsilə toqquşmuş, bundan sonra avtomobilin idarəetməsini itirərək yoldan çıxıb beton maneəyə çırpılmışdır. Nəticədə o, müxtəlif bədən xəsarətləri almış, avtomobilinə maddi ziyan dəymişdir. Hadisədə təqsiri olan sürücü tərəfindən avtomobilinə dəymiş ziyanın ödənilməsini tələb edir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 2/17869 saylı Aktdan görünür ki, Şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur. BA019079 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2021-ci ildə B1,B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vəsiqə xx.xx.2031-ci ilədək etibarlıdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1361 saylı rəyindən görünür ki, vətəndaş X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər - üst dodağın selikli qişasının mərkəzinə və sol yarısına qansızma, alt dodağın selikli qişasının sağ yarısının, alt çənənin sağ yarısının cərrahi tikişi ilə əzilmiş yaraları, sağ dirsək oynağının və sağ saidin yuxarı 1/3-in arxa, sağ diz oynağının bayır, sol baldırın yuxarı 1/3-in ön və sağ baldırın aşağı 1/3in, iç topuq nahiyyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X1 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş X5 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, **-FE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün inspektoru polis baş serjantı X8 tərəfindən tərtib edilmiş İXP seriyalı № ******* nömrəli 20 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin İİİ bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.1 və 327.8-ci maddələri ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi onun tərəfindən yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulması ilə törədilmiş, onun məlum qayda pozuntusu nəticəsində vətəndaş X7 üst dodağın selikli qişasının mərkəzinə və sol yarısına qansızma, alt dodağın selikli qişasının sağ yarısının, alt çənənin sağ yarısının cərrahi tikişi ilə əzilmiş yaraları, sağ dirsək oynağının və sağ saidin yuxarı 1/3-in arxa, sağ diz oynağının bayır, sol baldırın yuxarı 1/3-in ön və sağ baldırın aşağı 1/3-in, iç topuq nahiyyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almış, nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 31, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 10 (on) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar