Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3757/2024 27.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, İnzibati icraata başlamaq haqqında qərarı qəbul etmiş Binəqədi Rayon Prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1962-ci ildə Bolnisi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən vəzifəli şəxs Şəxs barəsində qəbul edilmiş 10 iyun 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, o, "xxxx" MMC-in iş icraçısı vəzifəsində işləməklə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaları pozmuş və bunun nəticəsində ehtiyatsızlıqdan xx.xx.2024-cü ildə saat 17 radələrində həmin tikilidə usta vəzifəsində işləyən Valeh İmaməliyev iş yerində yıxılaraq az ağır xəsarət almışdır.Buna görə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon prokurorluğunun nümayəndəsi Binəqədi rayon prokurorunun köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 10 iyun 2024-cü il tarixli qərarın məzmununa uyğun çıxış edərək Şəxs İXM-in 198.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş Şəxs izahat verərək bildirmişdir ki, hadisə zamanı o tikinti aparılan ərazidə yerləşən xidmət otağında olmuşdur. Həmin vaxt işçilərdən İmaməliyev Valehin binanın 4-cü mərtəbəsindən yıxılaraq xəsarət aldığını eşitmişdir. Qısa zamanda Valeh TTTYS-nın avtomobili ilə xəstəxanaya aparılmışdır. İmaməliyev Valeh binanın 4-cü mərtəbəsindəki qoruyucu qatı sökərkən yıxılaraq xəsarət almışdır. Qoruyucu taxta dikdən hazırlanmış, ətrafı isə məhəccərlə bağlanmışdır. Baş vermiş hadisə zamanı onun başında kaska olmuşdur. İşçilərə şəxsən özü təhlükəsizlik kəmərindən istifadə etməsi ilə bağlı təlimat keçdiyini, lakin onun nə üçün təhlükəsizlik kəmərindən istifadə etmədiyini bilmədiyini bildirdi. Səmimi peşmançılıq edərək, məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizası xx.xx.2024-cü il tarixli 766 saylı rəyindən görünür ki, Vət. V.B.İmaməliyevin bədənində aşkar edilmiş xəsarətlər xx.xx.2024-cü il tarixdə hürdürlükdən yıxılaraq yerin bərk səthinə və ya bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa az ağır zərər vurmaya aid edilir. Əmək Təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/3146 saylı rəyindən görünür ki, "xxxx" MMC-in iş icraçısı Şəxs tərəfindən vəzifə təlimatının “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 3.2.1-ci bəndlərinin, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4-cü bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə vəzifəli şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini, hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini yüngüllləşdirən halları nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3757/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3757/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver